Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Azərbaycan vətəndaşları Rusiyada ağır yol qəzasına düşdü - ölənlər var

Zərdab rayon sakinləri Rusiyada ağır yol qəzasında həlak olublar.

Azmarka.az "Report"a istinadən xəbər verir ki, hadisə bu ölkənin Saratov şəhərində qeydə alınıb. Həmin şəhərdə yaşayan, əslən Zərdab rayonundan olan qohumlar yol qəzasına düşüblər. Rayonun Qoruqbağı kəndindən olan iki əmioğlu – Anar və Elvin Qarayevlər yol qəzasında həlak olublar. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə zamanı avtomobildə əmioğlulardan başqa daha 2 nəfər də olub. Həmin şəxslərdən biri dünyasını dəyişib, digər sərnişin, ölən əmioğlulardan birinin qardaşı isə ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisəyə yol kənarında dayanmış başqa avtomobil səbəb olub. Qəzada ağır yaralanan şəxsin bir neçə həftə əvvəl toyu olub. Qəzada ölənlərin ikisinin meyitləri Azərbaycan gətirilərək, Zərdabın Sarıqaya kənd qəbiristanlığında dəfn ediləcək.

Azərbaycan vətəndaşları Rusiyada ağır yol qəzasına düşdü - ölənlər var



Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930