Kabil aeroportunda terrorçu özünü partlatdı: ölənlərin sayı 40-a çatdı - YENİLƏNİB
Kabil hava limanı yaxınlığında baş verən partlayışlar nəticəsində ən azı 40 nəfər ölüb, 120-yə yaxın insan yaralanıb.
Azmarka.az xəbər verir ki, bu barədə Qərb mediası xəbər verir.
***
Saat 19.01
Kabil hava limanında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 13 nəfər həlak olub.
Azmarka.az xəbər verir ki, bu barədə "Taliban" hərəkatı açıqlama yayıb.
Saat 18:50
Kabil hava limanının girişində partlayış törədilib.
Azmarka.az APA-ya istinadən bildirir ki, partlayış britaniyalı hərbi qulluqçuların bir müddətdir dayandığı və hava limanının terror xəbərdarlığı səbəbi ilə bağlanmış 3 giriş qapısından birində baş verib.
ABŞ rəsmisi "Reuters" xəbər agentliyinə partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini bildirib. Böyük Britaniya Müdafiə Nazirliyi partlayış nəticəsində itkilərin olmadığını, lakin əminliklə danışmaq üçün hələ tez olduğunu deyib.
"Pajhwok" agentliyi 2 nəfərin öldüyünü, 15 nəfərin yaralandığını açıqlayıb.
Pentaqondan verilən məlumata görə isə 3 ABŞ hərbçisi xəsarət alıb.
Qeyd edək ki, partlayışdan sonra hadisə yerində silah səslərinin eşidilməsi ilə bağlı məlumat yayılıb.
Azmarka.az