Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Rusiya ATƏT-in Minsk qrupunu "dirildir" - Moskvadan AÇIQLAMA

"ATƏT Minsk qrupunun Rusiyadan olan yeni həmsədri İqor Xovayev Cənubi Qafqaza səfər edib. Onun Azərbaycan rəhbərliyi ilə görüşü olub, qarşıda analoji təmasları Ermənistanda olacaq". Azmarka.az.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib:

"Biz ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mövcud mandat əsasında yeni regional reallıqları adekvat şəkildə nəzərə almaqla, Qarabağ nizamlanması ilə bağlı işinin fəallaşmasını dəstəkləyirik. Hesab edirik ki, həmsədrlər Bakı ilə İrəvan arasında etimadın yüksəldilməsinə, eləcə də humanitar məsələlərin həllinə kömək edə bilər" - Rusiya XİN sözçüsü deyib.

Zaxarova əlavə edib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması Moskvanın diqqət mərkəzindədir ". O bildirib ki, bizim başlıca səyləri üçtərəfli razılaşmaların reallaşdırılmasına yönəlib: "Prioritetlər arasında Qarabağda humanitar məsələlərin həlli, Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunması yer alır. "Altılar" platforması (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, İran və Türkiyənin iştirakı ilə regional məşvərət mexanizmi) potensial iştirakçıların hər birinin maraqlarına cavab verə, Cənubi Qafqazda sülhün, etimadın möhkəmlənməsinə və iqtisadi proseslərin stimullaşdırılmasına töhfə verə bilər.


Azmarka.az

Digər xəbərlər

  • 30.08.2021
  • 30.07.2021
  • 29.07.2021
  • 29.07.2021
  • 20.07.2021
  • 9.07.2021
  • 17.06.2021
  • 26.05.2021
  • 21.05.2021
  • 9.04.2021
  • 16.02.2021
  • 26.01.2021
  • 15.01.2021
  • 12.12.2020
  • 27.11.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930