Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

"Ukrayna ilə müharibə..." - Rusiyadan ŞOK BƏYANAT

Rusiya Kiyevin hərbi planlarından xəbərdardır və Ukrayna ilə birbaşa müharibəni istisna etmir. Azmarka.az xəbər verir ki, belə bəyanatla Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko çıxış edib.

“Rusiya və Özbəkistan qarşılıqlı münasibətlərin yeni tarixi mərhələsində inkişaf və təhlükəsizlik çağırışları qarşısında” adlı konfransın açılışında çıxış edən nazir müavini bildirib ki, Rusiya habelə Ukraynaya hansı xarici tərəfdaşların, o cümlədən ABŞ-ın maliyyə və hərbi-texniki dəstək göstərməsindən yaxşı xəbərdardır.

Andrey Rudenko qeyd edib ki, bu gün Rusiya-Ukrayna münasibətlərinin gələcəyini proqnozlaşdırmaq mürəkkəbdir və hətta hərbi ssenarini belə istisna etmək olmaq. “Biz ümid edirik ki, Kiyevdə hər halda ağıl üstün gələcək və iş hərbi ssenariyə qədər gedib çıxmayacaq, o cümlədən Donbassla bağlı”,-Rudenko bildirib.

Diplomat əlavə edib ki, Rusiyanın hərbi büdcəsində müvafiq (Ukrayna ilə hərbi toqquşma ehtimalına qarşı,-red.) xərclər bəndi var.

Xatırladaq ki, bu ilin martında Rusiya ilə Ukrayna arasında birbaşa və irimiqyaslı hərbi toqquşmalar riski yaranmışdı. Rusiya Ukraynanın Donbass üzərində nəzarəti hərbi yolla geri qaytarmaq planlarını bəhanə edərək bu ölkənin sərhədlərinə təxminən 120 minlik qoşun qruplaşması cəmləşdirmişdi. Və Ukraynanın bəzi vilayətlərini zəbt etmək planları haqda xəbərlər yayılırdı. Daha sonra ABŞ və Rusiya prezidentləri arasında telefon danışıqlarının nəticəsi olaraq gərginlik qismən yumşaldı, Rusiya öz qoşunlarının bir hissəsini sərhəddən geri çəkdi. Amma Rusiyanın Ukraynaya birbaşa hərbi müdaxiləsi təhlükəsi qalmaqdadır. /virtualaz


Azmarka.az

Digər xəbərlər

  • 20.07.2021
  • 9.06.2021
  • 24.05.2021
  • 12.05.2021
  • 20.04.2021
  • 16.04.2021
  • 13.04.2021
  • 8.04.2021
  • 5.04.2021
  • 2.04.2021
  • 2.04.2021
  • 10.02.2021
  • 10.02.2021
  • 18.11.2020
  • 18.11.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930