Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Azərbaycanın məşhur iş adamına məxsus şirkətin 4 milyon manat vergi borcu ortaya çıxdı

Məşhur iş adamı Loğman Zülfüqarlıya məxsus “Bakı İnşaat Sənaye” ASC-nin bu günə 3 985 853 manat vergi borcu olduğu müəyyənləşib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən məlumat verilib.

Qeyd edək ki, mətbuatda vergi orqanlarının sözügedən səhmdar cəmiyyətdə yoxlamalar aparması, milyonlarla manat vergidənyayınma faktının aşkar olunması, müəssisə sahibinin cərimələnməsi və ölkədən çıxışının qadağan edilməsi barədə məlumatlar yayılıb. Loğman və Nürəddin Zülfüqarlı qardaşlarının 2002-ci ildə “Bakı Elektroştamp”, 2003-cü ildə isə “Bakı Poladtökmə” zavodunun səhmələrini qanunsuzluqla ələ keçirmələri, 2005-ci ildə isə həbslə üzləşdiyi bildirilir.

Xatırladaq ki, “Bakı İnşaat Sənaye” 2004-ci ildə yaradılıb. Şirkət tikinti və digər sahələrdə istifadə edilən qara metal məmulatlarından künclük, şveller, dördbucaq, dairəvi və müxtəlif fasonlu dəmir məhsulları, mismar və məftillər hazırlayır.


Azmarka.az

Digər xəbərlər

  • 7.11.2020
  • 6.11.2020
  • 2.11.2020
  • 26.10.2020
  • 16.10.2020
  • 2.10.2020
  • 1.10.2020
  • 1.10.2020
  • 25.09.2020
  • 25.09.2020
  • 21.09.2020
  • 18.09.2020
  • 18.09.2020
  • 11.09.2020
  • 10.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031