Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

"STEAM Azərbaycan Festivalı-2021"də "Zəfər" komandasının BÖYÜK ZƏFƏRİ-FOTOLAR

Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində “STEAM Azərbaycan Festivalı 2021” başa çatıb.

Azmarka.az xəbər verir ki, festivala regionlardan 91 komandadan 374 iştirakçı, paytaxt üzrə 198 komandadan 518 iştirakçı olmaqla, ümumilikdə 289 komandadan 892 iştirakçı qatılıb. Ölkənin 6-11-ci sinif şagirdləri üçün ilk dəfə təşkil edilən festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsidir.


Festival çərçivəsində 10 kateqoriya üzrə - “STEAM open (makerthon)”, “Hackathon”, “Mıcro:Bıt”, “Lego sumo”, “Lıne follower”, “3D Cad”, “Short movıe”, “Edu drone”, “Humanoıd robot” yarışlar təşkil edilib.

"Edu drone" kateqoriyasında Hədəf liseyinin "Zəfər" komandası böyük uğura imza atıb. Belə ki, lisey şagirdləri həmin kateqoriyada ən yüksək nəticə göstərərək birinciliyə imza atıblar.

Bu uğurlu nəticə münasibətilə Azmarka.az-a danışan Hədəf liseyinin müəllimi Məhəmməd Mahmudov deyib ki, "Zirvə" komandasının üzvləri qısa müddət ərzində hazırlaşaraq böyük nəticə əldə ediblər: "Yarışda müxtəlif maneələr vardı, bu maneələrin bəziləri dron vasitəsilə aşırdılmalı ,bəzilərindən isə dronu maneələrə dəydirmədən uçurmaq lazım idi. Komandamızın hər iki bala bilgəsi – Emil Nəbiyev və Elçin Atayev bu maneələri ustalıqla keçdi və ən qısa zamanda bitirdi. Bunun nəticəsi olaraq, respublika üzrə edu drone kateqoriyasında birinci yerə layiq görüldülər".

Məhəmməd müəllim qeyd edib ki, bu tip yarışların keçirilməsi çox sevindirici haldı: "Çünki belə yarışlar tələbələrdə komanda şəklində işləməyi, analitik düşünmə qabiliyyətini və digər önəmli bacarıqları formalaşdırır".

"STEAM Azərbaycan Festivalı – 2021"in əhəmiyyətindən də danışan müsahibimiz deyib ki, gənclərin ən yeni texnologiyalar ilə daha yaxından tanış olması mühüm əhəmiyyət kəsb edir: "Bu festivalda ölkənin hər şəhər və kəndindən tələbələr iştirak edirdi. Bu tip yarışmaların keçirilməsi isə onların gələcək illərdə istər universitet seçimi, istərsə də hansı sahədə özlərini inkişaf etdirə bilməsinə stimul yaradır".

Onu da deyək ki, "STEAM Azərbaycan Festivalı – 2021"in bağlanış mərasimində çıxış edən təhsil naziri Emin Əmrullayev şagirdlərin İKT bilik və bacarıqlarının aşkar və inkişaf etdirilməsində festivalin əhəmiyyətlini vurğulayıb. Gələcəkdə festivalin coğrafiyasının genişləndiriləcəyini, digər ölkələrdən də məktəblilərin cəlb olunacağını bildirib. Qalib komandaları tərik edən təhsil naziri bütün iştirakçılara uğurlar arzulayıb.

Qeyd edək ki, 2019-cu ildən Təhsil Nazirliyi tərəfindən tətbiqinə başlanılan STEAM (Science, Technology, Engineering, Art və Math) layihəsinin əsas məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq və s. kimi XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaq, fənləri ayrılıqda öyrətmək deyil, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir. Eyni zamanda, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə etmək qabiliyyətlərini yüksəltməkdir.


"STEAM Azərbaycan Festivalı-2021"də "Zəfər" komandasının BÖYÜK ZƏFƏRİ-FOTOLAR



















Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031