Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Ramzan Kadırov Ərdoğana qarşı HƏDDİNİ AŞDI - "Öcalana büst..."

Çeçenistanın başçısı Ramzan Kadırov Kocaeli şəhərində açılan Cövhər Dudayev parkına görə Türkiyəni təhdid edib.

Azmarka.az xəbər verir ki, Kocaelinin Körfəz bələdiyyəsi tərəfindən 9 ay əvvəl inşaasına başlanan Dudayev adına park ötən günlərdə açılıb.

Dudayevi “terrorçu” kimi qiymətləndirən Çeçenistan lideri Ramzan Kadırov Türkiyəyə qarşı skandal bir mesaj yayımlayıb.

Kadırov Türkiyəni “terrorçulara arxa durmaqda” ittiham edib.

Prezident Ərdoğanı da adı ilə hədəfə alan Kadırov, açılan parka cavab olaraq “PKK lideri Abdullah Öcalanın heykəlini tikəcəyi ilə” hədələyib.

“Bizim nöqteyi-nəzərimizdən Türkiyə həbsxanalarından birində ömürlük həbs cəzası çəkən Kürdüstan Fəhlə Partiyasının qurucusu Abdulla Öcalanın adının Qroznıda əbədiləşdirilməsi kifayət qədər məntiqli və siyasi cəhətdən düzgün olardı”, - deyə Kadırov bildirib.

Məlumat üçün qeyd edək ki, 11 dekabr 1994-cü ildə Rusiyanın Çeçenistana qarşı hərbi əməliyyatına qarşı cihad elan edən və 21 aprel 1996-cı ildə şəhid olan Dudayev Türkiyəni türk və islam dünyası üçün ümid çırağı kimi xarakterizə edirdi. Dudayev açıqlamasında bəyan etmişdi ki, Türkiyə həm türk dünyasının, həm də islam dünyasının ümid işığıdır: “Bu işığın sönməsi həm islam dünyasının, həm də türk dünyasının qaranlığa qərq olması deməkdir”. /teleqraf.com

Digər xəbərlər

  • 9.10.2021
  • 8.10.2021
  • 20.09.2021
  • 10.08.2021
  • 30.07.2021
  • 21.07.2021
  • 26.05.2021
  • 7.05.2021
  • 13.04.2021
  • 20.02.2021
  • 8.02.2021
  • 10.01.2021
  • 15.12.2020
  • 2.12.2020
  • 17.11.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31