Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

"Azərbaycan, Türkiyə və Pakistan hərbçiləri Kəlbəcərlə Laçında..." - ŞOK AÇIQLAMA

Fransalı prezidentliyə namizədin Qarabağa təxribatçı səfəri Bakının səbir kasası üçün son damla ola bilər; Azərbaycanın arsenalında çoxlu təzyiq mexanizmləri var...

Azmarka.az-ın məlumatına görə, həmin təsir exanizmləri barədə danışan siyasi analitik Fərhad Məmmədov ilginc açıqlamalarla çıxış edib. O bildirib ki, ki, Valeri Pekresin təxribatının sülhməramlılardan və Ermənistan hakimiyyətindən gizli həyata keçirilməsi mümkün deyil. "Yəni Ermənistan hakimiyyətinə və sülhməramlıların rəhbərliyinə səfər barədə məlumat verilib. Hətta səfərin təşkilatçıları elə sonuncular özləri olub", - ekspert caliber.az-a müsahibəsində deyib.

Onun fikrincə, Rusiya Laçın dəhlizində eksklüzivliyi (monopolist nəzarəti) itirmək istəmir və bunda Rusiya ilə Fransanın mövqeləri fərqlənmir. Eyni zamanda, Rusiya ola bilsin, bu yolla sülhməramlılar üçün mandat məsələsini aktuallaşdırmağa çalışır. "Ermənistan rəhbərliyi anlayaraq ki, "status" məsələsi artıq ortadan qalxır və ATƏT-in Minsk Qrupunun gündəliyi dövlətlərarası mövzuya transfer olur, çalışır ki, Qarabağ ermənilərinin "subyektivliyi" heç olmasa publik səviyyədə qorunub saxlansın. Ancaq İrəvan bununla son həftələrdə baş verən bütün pozitiv prosesləri təhlükə altına almaq riski yaradır. MDB sammiti öncəsi belə təxribatın həm Ermənistan, həm də Rusiya sülhməramlılar üçün neqativ təsirləri ola bilər. Laçın dəhlizinin girişində postların qurulması artıq Azərbaycan üçün daxili tələbə çevrilir və sülhməramlılar Azərbaycan cəmiyyətində onlara inamsız yanaşılması üçün əllərindən gələni edib", - politoloq vurğulayıb.

Onun qənaətincə, Bakının yaxın bir neçə gündə atacağı addımlardan çox şey asılı olacaq: "Məsələn, növbəti ortaq təlimlər Türkiyə və Pakistanla birgə Kəlbəcər və Laçında PUA-lardan istifadə edilməklə keçirilə bilər. Azərbaycanın arsenalında çoxlu sayda təzyiq mexanizmləri var ki, onlar tətbiq oluna bilər və olunmalıdır", - siyasi analitik əlavə edib.


Azmarka.az

Digər xəbərlər

  • 23.12.2021
  • 17.08.2021
  • 8.07.2021
  • 1.07.2021
  • 7.06.2021
  • 31.05.2021
  • 27.05.2021
  • 18.05.2021
  • 15.04.2021
  • 2.03.2021
  • 18.01.2021
  • 15.12.2020
  • 22.11.2020
  • 21.11.2020
  • 28.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031