Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Tibb Universitetinin tələbələri qəzada öldü - TƏFƏRRÜATLAR - FOTOLAR

Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı 3 nəfər ölüb və 1 nəfər ağır xəsarət alıb. Azmarka.az-ın xəbərinə görə, hadisə Nobel prospektində qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Məmmədov Tuncay Aslan oğlu idarəetməsində olan “BMW” markalı nəqliyyat vasitəsi ilə yüksək sürətlə hərəkətdə olan zaman sükana nəzarəti itirib.

Yağışlı hava şəraiti zamanı yolun sürüşkən olması səbəbində avtomobil marketin ikinci mərtəbəsinin üst divarına çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər Tahir Əlirzayev və Yeganə Məmmədova hadisə yerində ölüb. Əraziyə cəlb olunan təcili tibbi yardım vasitəsi ilə sürücü T.Məmmədov və digər sərnişin 1999-cu il təvəllüdlü İlkin Ağamirzəyev 3 nömrəli şəhər xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Tuncay Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. İ.Ağamirzəyevin vəziyyəti isə ağırdır.

Qeyd edək ki, yaralanan və ölən 3 nəfər FHN-in Modul Tipli Tibb Mərkəzində tibb işçiləri kimi fəaliyyət göstəriblər. Onlar, həmçinin, Tibb Universitetinin tələbələridir

Bakının Xətai rayonunda ağır yol-nəqliyyatı hadisəsi zamanı ölən və yaralanan tələbələr koronavirusla mübarizədə könüllü olaraq çalışırmışlar. Bunu Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat katibi Günel Aslanova bildirib.

O qeyd edib ki, bu gecə Bakıda baş verən qəza nəticəsində Azərbaycan Tibb Universitetinin 3 tələbəsi - Tuncay Məmmədov, Sahil Əlirzayev və Yeganə Məmmədova həlak olublar. Digər tələbə İlkin Ağamirzəyev isə ağır yaralanıb: “Onların hamısı koronaviruslu xəstələr üçün olan modul tipli klinikada könüllü kimi çalışıblar. COVİD-19-la mübarizədə digərlərinə kömək olan gələcək həkimlərimiz özləri dəhşətli qəzanın qurbanı olublar.

Allahdan ölənlərə rəhmət, yaralı tələbəmizə isə şəfa diləyirik” /modern.

Azmarka.az-ın əldə etdiyi məlumata görə, qəzada həlak olanlardan biri - Tuncay Məmmədovun atası Aslan Məmmədov Tibb Universitetinin müəllimidir. O, travmatologiya ixtisası üzrə dərs deyir.

Tibb Universitetinin tələbələri qəzada öldü - TƏFƏRRÜATLAR - FOTOLAR



(Fotolar APA-nındır)



Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031