Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Türkiyəni təhdid etmişdi – Ramzan Kadırovdan GERİ ADDIM...

"Prezident Ərdoğanın doğru qərar verəcəyinə ümid edirəm". Azmarka.az-ın RİA NOVOSTİ-yə istinadən verdiyi məlumata görə, bunu Çeçenistan Prezidenti Ramazan Kadırov Türkiyədə bir bələdiyyə tərəfindən Cövhər Dudayevin adına park salınmasından sonra yaranan qalmaqalla bağlı yeni açıqlamasında deyib.

"Türkiyəni çox sevirik, zəngin tarixə və İslam mirasına sahibdir. Ona görə də biz bu ölkə ilə ağlasığmaz bir hadisə ucbatından münasibətlərimizin pozulmasını istəmirik" deyə Kadırov bildirib.

Nə olmuşdu?
Xatırladaq ki, bir neçə gün öncə R.Kadırov Türkiyədə, Kocaelinin Körfəz bələdiyyəsi tərəfindən 9 ay əvvəl inşasına başlanan Dudayev adına park ötən günlərdə açılmasına həddini aşan sözlərlə reaksiya vermişdi. Dudayevi “terrorçu” kimi qiymətləndirən Kadırov Türkiyəyə qarşı skandal bir mesaj yayımlamışdı. O, qardaş ölkəni “terrorçulara arxa durmaqda” ittiham etmişdi.

Prezident Ərdoğanı da adı ilə hədəfə alan Kadırov, açılan parka cavab olaraq “PKK lideri Abdullah Öcalanın heykəlini tikəcəyi ilə” hədələmişdi. Bunun ardınca Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dimitri Peskov və Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Çeçenistan prezidentinin sözlərinə dəstək vermişdilər.

Məlumat üçün onu da qeyd edək ki, 11 dekabr 1994-cü ildə Rusiyanın Çeçenistana qarşı hərbi əməliyyatına qarşı cihad elan edən və 21 aprel 1996-cı ildə şəhid olan Dudayev Türkiyəni türk və islam dünyası üçün ümid çırağı kimi xarakterizə edirdi. Dudayev açıqlamasında bəyan etmişdi ki, Türkiyə həm türk dünyasının, həm də islam dünyasının ümid işığıdır: “Bu işığın sönməsi həm islam dünyasının, həm də türk dünyasının qaranlığa qərq olması deməkdir”.


İlhamə ƏZİZ,

Azmarka.az

Digər xəbərlər

  • 24.12.2021
  • 23.12.2021
  • 22.12.2021
  • 31.10.2021
  • 8.10.2021
  • 20.09.2021
  • 21.07.2021
  • 26.05.2021
  • 8.05.2021
  • 7.05.2021
  • 23.04.2021
  • 20.02.2021
  • 15.12.2020
  • 23.11.2020
  • 17.11.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31