Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

ŞOK: Əri Lider TV-nin keçmiş əməkdaşını baltayla doğradı, videoya çəkdi, yaydı - YENİLƏNİB

Yanvarın 4-də Bakıda qətlə yetirilən Nahidə Həsənovanın doğranmış cəsədinin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.

Azmarka.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, dəhşətli görüntülərdə qadının başının bədənindən ayrıldığı və qollarının kəsildiyi görünür. Bununla da onu əri Orxan Alıyevin vəhşicəsinə öldürdüyü məlum olub.

"Lider" televiziyasının texniki işçisi olan Nahidə Həsənovanın əri Orxan Alıyev onun həm də xalası oğlu olub. Bundan öncə bir neçə dəfə mübahisələri düşən cütlük dəfələrlə qeyri-rəsmi olaraq ayrılıblar. Yaxın qohum olmaları və ailə üzvlərinin xahişi ilə hər ayrılıqdan sonra barışsalar da, bu münasibət sonda qətllə yekunlaşıb.

Cütlük sonuncu dəfə Xətai rayonu, Əhmədli qəsəbəsi, Əliağa Şıxlinski küçəsi 29/42 ünvanında yaşayıb. Elə qətl hadisəsi də bu evdə baş verib. Onların övladı da həmin evdə yaşayıb.

Hadisə ilə bağlı istintaq ilkin mərhələdə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlatsa da, sonradan qətlin dəhşətli məqamları üzə çıxıb. N.Həsənovanın doğranaraq öldürülməsinə görə iş daha ağır maddəyə tövsif edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 4-də Xətai rayonu ərazisində Nahidə Həsənovanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs Orxan Alıyevin əməli Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, O.Alıyevi CM-nin 120.1-ci maddəsi ilə 9 ildən 14 ilədək həbs cəzası gözləyirdi. Ağırlaşdırılan CM-nin 120.2.4-cü maddəsiylə isə O.Alıyev 14 ildən 20-dək hazadlıqdan məhrum edilə bilər.

***
Saat 14.25
"Lider" televiziyasının keçmiş əməkdaşı, 1987-ci il təvəllüdlü Nahidə Həsənovanın həyat yoldaşı tərəfindən vəhşicəsinə öldürülməsi ilə bağlı bəzi faktlar üzə çıxıb.

Azmarka.az "Publika.az"a istinadən xəbər verir ki, hadisə yanvarın 4-də Xətai rayonu Köhnə Günəşli qəsəbəsində baş verib. Həyat yoldaşı N.Həsənovanı bıçaqlayaraq öldürən, daha sonra meyitini hamam otağına apararaq vannada qollarını və başını kəsən 1987-ci il təvəllüdlü Əliyev Orxan Mehdi oğlu artıq həbs edilərək istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Məlumata görə, O.Əliyevin arvadını öldürüb onun bədən üzvlərini hamamda doğradıqdan sonra N.Həsənovanın cəsədinin videosu çəkilib. Həmin video müxtəlif şəxslərə göndərilib, eləcə də bəzi səhifələrdə yayımlanıb.

ŞOK: Əri Lider TV-nin keçmiş əməkdaşını baltayla doğradı, videoya çəkdi, yaydı - YENİLƏNİB


***
9 yanvar, saat 12.32
Bakıda ər arvadını amansızlıqla qətlə yetirib.

Azmarka.az APA-ya istinadən bildirir ki, hadisə Xətai rayonu Yeni Günəşli qəsəbəsində baş verib.

Nahidə Həsənova tərəfindən balta ilə doğranaraq öldürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək N.Həsənova əvvəllər Lider televiziyasında texniki şöbədə işləyib.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031