Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

"SSRİ planı": Qazaxıstandan sonra növbə bu ölkənindir - Lukaşenkodan ŞOK AÇIQLAMA

Qazaxıstandakı hadisələrdən hər kəsdən öncə Özbəkistan dərs götürməlidir. Azmarka.az-ın məlumatına görə, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrinin video-konfransı zamanı bəyan edib.

Lukaşenko deyib ki, Belarus tərəfinin məlumatına əsasən, oxşar hadisələr Özbəkistanda da baş verə bilər. “Əgər bundan dərs götürülməsə, bizim məlumatımıza görə, bunu isə artıq siz orada yerində görürsünüz, onların baxışları Özbəkistana da yönəlib“, – deyə o bildirib.

Belarus prezidenti əlavə edib ki, “bu gün əsas olan çıxarılmalı olan dərslərdir” və Qazaxıstan rəhbərliyi də hazırda bununla məşğuldur.

Qeyd edək ki, Qazaxıstanda son baş verənlərdən sonra bu ölkəyə KTMT ordusunun göndərilməsi bəziləri tərəfindən Rusiyanın SSRİ-ni bərpa etmək planının tərkib hissəsi olaraq qiymətləndirilir.

Elə Moskvadan da buna eyham vuran açıqlamalar verilir. Məsələn, Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov deyib ki, Qazaxıstanda baş verən hadisələr fonunda Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qayıda bilər. O əlavə edib ki, Daşkənd görməlidir ki, arxalanacaq başqa heç kim yoxdur.

“Özbəkistan KTMT-dən vaxtında çıxıb, amma yenidən daxil ola bilər. Mən bunu istisna etmirəm - onlar görürlər ki, ümid edəcəkləri heç kim yoxdur", - Kalaşnikov söyləyib.



Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31