Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Bakıda "Gelandewagen" sürücüsü kasıbları təhqir etdi - YENİLƏNİB - VİDEO

Bakıda kasıbları təhqir edən "Gelandewagen" sürücüsü saxlanılıb.

Azmarka.az-ın xəbərinə görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılmışdır.

S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılmış və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşiman olduğunu qeyd edərək üzrxahlıq edib.

Həmin üzrxahlıq videosunu buradan izləyə bilərsiniz.




17:44

Daxili İşlər Nazirliyi Bakıda aztəminatlı ailələri təhqir edərək küçədə yüksək sürətlə hərəkət edən "Gelandewagen" sürücüsü ilə bağlı araşdırmalara başlayıb. Azmarka.az bildirir ki, bu barədə nazirliyin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O əlavə edib ki, hazırda həmin avtomobilin müəyyən edilərək saxlanılması ilə bağlı araşdırmalar aparılır. Araşdırmalardan sonra sürücü barədə qanunamüvafiq qaydada tədbir görüləcək.

17:06

Bakıda "Gelandewagen" idarə edən şəxs aztəminatlı şəxsləri təhqir edib.

Azmarka.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, sürətlə avtomobil idarə edən şəxs ətrafdakılara təhqiredici ifadələr işlədib: "Çəkil, yetim kasıb, bədbəxt, səhər yeməyi yeməyib günorta yeməyinə duran adamlar. Dağılışın!".

Görüntülərdə həmin şəxsin təhlükəsizlik kəmərindən istifadə etmədiyi və avtomobili yüksək sürətlə idarə etdiyi aydın görünür.

Digər xəbərlər

  • 3.12.2021
  • 15.10.2021
  • 12.10.2021
  • 25.09.2021
  • 11.08.2021
  • 3.08.2021
  • 27.07.2021
  • 17.07.2021
  • 28.06.2021
  • 24.06.2021
  • 11.06.2021
  • 6.05.2021
  • 30.04.2021
  • 30.04.2021
  • 20.02.2021

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031