Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Jirinovskidən Nazarbayevlə bağlı ŞOK AÇIQLAMA - "Ölüb və basdırılıb"

Rusiyanın Liberal Demokratik partiyasının rəhbəri Vladimir Jirinovski Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin çoxdan öldüyünü və artıq dəfn edildiyini güman edib. Azmarka.az "Qafqazinfo"ya istinadən bildirir ki, onu bu fikrə yönəldən eks-prezidentin uzun müddət ictimaiyyət qarşısına çıxmaması olub.

“Komsomolskaya Pravda” radiosunun efirində danışan Jirinovski deyib: “Məncə, o, çoxdan ölüb. Çoxdan vəfat edib və basdırılıb. Müsəlmanlar həmin gün dəfn edirlər. Bu cür sakit gizlənmək, heç nə deməmək və həyatda olmaq? Mümkün deyil, bu istisnadır".

O, həmçinin əlavə edib ki, Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Maksimov Qazaxıstanda dərhal həbs edilib.

Jirinovski qeyd edib ki, hadisələrin bu cür gedişatı “Şərqdə normal sayılır”. Xalq Nazarbayevə kütləvi şəkildə qarşı çıxdığına görə eks-prezidentdən qurtula da bilərdilər.

Xatırladaq ki, daha əvvəl eyni fikri “Lenta.ru” ilə politoloq, Siyasi Ekspertlər Qrupunun rəhbəri Konstantin Kalaçev da paylaşmışdı. Onun sözlərinə görə, Qazaxıstanın birinci prezidenti Nazarbayevin ölkədəki böhran fonunda susması onun artıq öldüyünü və ya fəaliyyət qabiliyyətini itirdiyini deməyə əsas verir. Ekspert qeyd edib ki, siyasətçinin ölümünün elan edilməsi ölkədə sabitliyi daha da pozacaqdı. Kalaçevin fikrincə, Nazarbayevin vəziyyəti ilə bağlı məsələ yaxın günlərdə bilinəcək.


Azmarka.az

Digər xəbərlər