Gündəm / Dünya
16.01.2022
1 284
Türkiyə ilə Pakistan arasında BÖYÜK ŞOK - İki qardaş ölkə arasında nə baş verir?
Türkiyə ilə Pakistan arasındakı 1,5 milyard dollarlıq anlaşma təhlükə altına düşüb. Azmarka.az-ın məlumatına görə, həmin anlaşmaya əsasən Türkiyə başqa bir qardaş ölkəyə – Pakistann ordusuna 30 adet ATAK helikopteri satacaqdı.
Sözügedən müqavilə 2018-ci ildə imzalanıb.
Lakin Pakistan ordusu sözügedən müqaviləni ləğv etdiyini açıqlayıb. Səbəb Türkiyənin həmin müqavilənin şərtlərini yerinə yetirməməsidir.
Bunda isə ABŞ-ın sözügedən helikopterlərin hazırlanması üçün istifadə olunacaq mühərrikləri təhvil verməməsi həlledici rol oynayıb.
Azmarka.az