Ərdoğandan SENSASİON RUSİYA AÇIQLAMASI
Rusiyanın Ukraynaya təcavüzünün real ola biləcəyini düşünmürəm. Çünki Ukrayna sıradan bir ölkə deyil. Ukrayna güclü ölkədir. Həmçinin Rusiya bu addımı atmazdan əvvəl bütün dünyadakı vəziyyəti və öz vəziyyətini gözdən keçirməlidir. Azmarka.az bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniya mətbuatına müsahibəsində bildirib.
O, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfər etdiyini xatırladıb: “Mən də cənab Əliyevlə söhbət edəcəyəm. Təbii ki, bu məsələləri cənab Putinlə də müzakirə etməliyik. Çünki bu bölgələr artıq müharibəni qəbul edə bilmir. Bunlar düzgün deyil. Biz müharibəni siyasət tarixindən silməliyik”.
Türkiyə Prezidenti qeyd edib ki, “mən kiminsə torpağını işğal edim” məntiqi işlək deyil: “Məsələn, Rusiya Ukraynada nə etdi? Krımı anneksiya etdi. Krıma gəlincə, mən həmişə cənab Putinlə keçirdiyimiz hər görüşdə ona deyirəm ki, biz Krımın işğalına qarşıyıq. Bunları bizim Xarici İşlər Nazirliyi də həmkarlarına deyir. Yəni bizim siyasətimiz bu məsələdə aydındır”.
Ərdoğan həmçinin Suriya msələsinə də toxunub. "Rusiya bu gün Suriyadan dəstəyini çəksə, Bəşər Əsədin ayaqda dura biləcək halı yoxdur. Əsəd hazırda Rusiyadan aldığı dəstəklə ayaqda dura bilir. Məlumdur ki, İranın da dəstəyi var" deyə qardaş ölkə lideri əlavə edib.
Azmarka.az