Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Daha bir ŞOK İDDİA: Rusiya Ukrayna yaxınlığında qan tədarükü görür

Üç ABŞ rəsmisi bildirib ki, Rusiya Ukrayna yaxınlığında qan tədarükünü, habelə yaralıları müalicə etmək üçün istifadə oluna biləcək digər tibbi materiallar toplamağa başlayıb ki, bu da bir daha Moskvanın hərbi hazırlığına işarə edir.

Azmarka.az-ın məlumatına görə, ABŞ-ın hazırkı və keçmiş rəsmiləri "Reuters"ə deyiblər ki, qan tədarükü kimi konkret göstəricilər Rusiya prezidenti Vladimir Putinin buna qərar verəcəyi təqdirdə Moskvanın müdaxiləyə hazır olub-olmayacağını müəyyən etmək üçün çox vacibdir.

Adlarının anonim qalması şərtilə danışan ABŞ rəsmilərinin qan ehtiyatları ilə bağlı açıqlaması ABŞ-ın Rusiyanın Ukraynanın sərhədləri yaxınlığında 100 mindən çox hərbçi topladığı bir vaxt Ukraynaya yeni müdaxiləyə hazırlaşacağına dair xəbərdarlıqlarına yeni rəng qatır.

Bu xəbərdarlıqlar arasında prezident Co Baydenin Rusiyanın hücumunun ehtimalı ilə bağlı proqnozu və ABŞ Dövlət katibi Antoni Blinkenin Rusiyanın “çox qısa müddətdə” Ukraynaya yeni hücum edə biləcəyi ilə bağlı açıqlamaları var.

Pentaqon daha əvvəl Rusiyanın qüvvə cəmləşdirməsinin bir hissəsi kimi sarhədə “tibbi dəstəyin” göndərildiyini bildirib. Ekspertlərin dediyinə görə, qan ehtiyatlarının göndərildiyinə dair açıqlama Rusiyanın hərbi hazırlığını müəyyən etmək üçün mühüm əhəmiyyət kəsb edən detallar əlavə edir.

"Bu, başqa bir hücumun olacağına zəmanət vermir, lakin bu əlinizdə olmasa, başqa bir hücumu həyata keçirmək imkanınız olmayacaq" – deyə, hazırda Avropa Siyasət Təhlili Mərkəzinin tədqiqat institutunda çalışan təqaüddə olan ABŞ general-leytenantı Ben Hocs bildirib.

Rusiya Müdafiə Nazirliyi şərh üçün yazılı sorğuya dərhal cavab verməyib.

Ağ Evin sözçüsü isə Rusiyanın qan tədarükü ilə bağlı hər hansı hərəkətini dərhal şərh etməyib, lakin Rusiyanın hərbi hazırlığı ilə bağlı ABŞ-ın dəfələrlə etdiyi xəbərdarlıqları yada salıb.


İlhamə ƏZİZ,

Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930