Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Cəlilabadın İCRA BAŞÇISI NECƏ SAXLANILDI? - RÜŞVƏT ALARKƏN... - TƏCİLİ - YENİLƏNİB

Saat 14.22
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov rüşvət alarkən kabinetində həbs edilib. Bu barədə yerli media yazır.

Bu rayonun deputatı Elman Nəsirov isə icra başçısının həbsindən mətbuat vasitəsilə xəbər tutduğunu söyləyib: “Saxlanılma səbəbi ilə bağlı əlavə məlumatım yoxdur”.

Xatırladaq ki, bu gün hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

İlkin məlumatlara görə, Namiq Zeynalovla yanaşı onun birinci müavini Mənsur Məmmədov və Ərazi özünüidarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yaşar Vəliyev də saxlanılıb.

***
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında əməliyyat keçirilir.

Saxlanılanlar var.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovdur. O, 2018-ci ilin fevralın 6-dan bu vəzifədə çalışır.

Artıq Zeynalovun da saxlanıldığı və Bakıya gətirildiyi deyilir.


Azmarka.az

Digər xəbərlər

  • 22.12.2020
  • 21.12.2020
  • 19.12.2020
  • 9.12.2020
  • 8.12.2020
  • 30.11.2020
  • 28.11.2020
  • 27.11.2020
  • 18.11.2020
  • 16.11.2020
  • 11.11.2020
  • 11.10.2020
  • 21.09.2020
  • 17.09.2020
  • 8.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031