Şəkidəki "Karvansaray" mehmana kompleksi ləğv olunur – Özəl
Şəkidəki "Karvansaray" mehmana kompleksi ləğv olunur. Bu barədə Azmarka.az xəbər verir.
Artıq ləğvetmə ilə bağlı elan verilib.
Elana əsasən, kreditorlar iki ay ərzində tələblərini AZ1154 Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, ev 11 A ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "Karvansaray" mehmana kompleksi Azərbaycanın fəaliyyətdə olan ən qədim mehmanxanası sayılır. Qədimilik və müasirliyin bir araya gətirən kompleks yerli və xarici turistlərin daim böyük marağına səbəb olur.
İlk vaxtlar "Yuxarı karvansaray" adlanan dərin zirzəmili ikimərtəbəli bina XVIII əsrin sonlarında inşa edilib. Şərq memarlıq üslubunun orijinal çalarlarını özündə əks etdirən binanın sonradan bərpası zamanı onun ilkin komponentləri bütünlüklə qorunmuşdur. Mehmanxananın nömrələri lüks və yarımlüksdür.
İlhamə Əziz,
Azmarka.az