Gündəm / Ölkə / Foto
27.02.2022
300
Bakıda İŞĞALA ETİRAZ: Ukrayna səfirindən azərbaycanlılara təşəkkür - “Sağ olun, qardaşlar” - FOTOLAR
“Bakılılar inanılmazdır. Yüzlərlə vətəndaş Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyinin yaxınlığında “Yaşasın Ukrayna” şüarları səsləndirir. Çox sağ olun qardaşlar!”. Azmarka.az xəbər verir ki, bu sözləri Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski tviterdəki hesabında yazıb.
Azmarka.az xatırladır ki, bu gün minlərlə azərbaycanlı Ukraynanın Bakıdakı səfirliyinin qarşısına toplaşıb. Onlar Ukrayna ilə həmrəylik nümayiş etdirib, Rusiyanın bu ölkəni işğal əməliyyatını sərt şəkildə qınayıblar.
Azmarka.az həmin etirazdan fotoları təqdim edir:






Azmarka.az