Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Ruslar Mariupolda Dram Teatrı binasını BOMBALADI - 300-ə yaxın adam öldü

Ukraynanın Mariupol şəhərində Dram Teatrının binasının bombalanması nəticəsində 300-ə yaxın insan həlak olub.

Azmarka.az xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası məlumat yayıb.

“Təəssüf ki, günə pis xəbərlə başlayırıq. Şahidlərin bildirdiyinə görə, Mariupol Dram Teatrının Rusiya təyyarəsi tərəfindən bombalanması nəticəsində 300-ə yaxın adam həlak olub”, - məlumatda deyilir.

Şəhər Şurasından xatırladılıb ki, teatrın binası qarşısındakı nəhəng “UŞAQLAR” yazısı da Rusiya qoşunlarını dayandırmayıb.

Xatırladaq ki, daha əvvəl UNİAN martın 16-da Rusiya təyyarəsinin Mariupolda yüzlərlə mülki şəxsin gizləndiyi Dram Teatrının binasına bomba atdığını yazmışdı. Sığınacağa giriş dağıntılarla bağlanıb və atəşin davam etməsi səbəbindən uzun müddət xəsarət alanlar barədə məlumat olmayıb.


Azmarka.az

Digər xəbərlər

  • 9.03.2022
  • 9.03.2022
  • 7.03.2022
  • 5.03.2022
  • 15.02.2022
  • 31.01.2022
  • 22.10.2021
  • 18.07.2021
  • 13.06.2021
  • 24.05.2021
  • 16.05.2021
  • 21.04.2021
  • 17.03.2021
  • 25.01.2021
  • 26.11.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930