Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Prezidentin təltif etdiyi generallar kimlərdir? (FOTOLAR)

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Azərbaycan Bayrağı” ordeni və "Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

Təltif olunanlar arasında generallar da var. Azmarka.az həmin generallar barədə məlumatları təqdim edirik:

"Azərbaycan Bayrağı” ordeni təltif olunan generallar

General-leytenant Heydər Piriyev

Heydər Piriyev 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. 1992-1994-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə də iştirak edib.

Prezidentin təltif etdiyi generallar kimlərdir? (FOTOLAR)


2002-2009-cu illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbin rəisi, 2009-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında Ordu Korpusunun qərargah rəisi vəzifələrində xidmət edib.

Ona 2014-cü ilin iyununda general-leytenant ali hərbi rütbəsi verilib və Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilib.

General-leytenant Araz Məmmədov

General-leytenant Məmmədov Araz Məmməd oğlu Dövlət Sərhəd Xidmətində xidmət edir. O, vaxtı ilə Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi vəzifəsində çalışıb. Araz Məmmədov general-leytenant rütbəsini bu ilin avqustunda alıb.



General-mayor Zakir Ağayev və Azər İbrahimov

"Azərbaycan Bayrağı” ordeni ilə təltif olunanlardan biri də Zakir Ağayevdir. O, general-mayor rütbəsini 2017-ci ilin oyununda alıb. Zakir Ağayev Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsində çalışır. General-mayor Azər İbrahimov isə Dövlət Sərhəd Xidmətində xidmət edir. Azər İbrahimov general-mayor ali hərbi rütbəsini 2018-c ilin avqustunda alıb.

Fotoda Zakir Ağayev



"Vətən uğrunda” medalı ilə təltif olunan generallar

Rasim Babayev general-mayor rütbəsini ötən ilin iyununda alıb. Müdafiə Nazirliyində idarə rəisi vəzifəsində çalışır.

"Vətən uğrunda” medalı ilə təltif edilən general-mayor Ənvər Əfəndiyev isə Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin idarə rəisidir. O, daha əvvəl Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursant taborunun komandiri və Bərdə Hərbi Birləşməsinin Qərargah rəisi vəzifələrində çalışıb. General-mayor rütbəsini 2016-cı ilin iyununda alıb.

Fotoda Ənvər Əfəndiyev



"Vətən uğrunda” medalı ilə təltif olunan digər general-mayor Rauf İsmayılov da Müdafiə Nazirliyində çalışır. O, general-mayor rütbəsini 2018-ci ilin iyununda alıb.

İsmayılov Raufla eyni gündə general-mayor rütbəsini alan, onunla eyni vaxtda "Vətən uğrunda” medalı ilə təltif olunan Elçin Xəlilov isə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisidir.

Digər xəbərlər

  • 22.12.2020
  • 19.12.2020
  • 18.12.2020
  • 16.12.2020
  • 16.12.2020
  • 10.12.2020
  • 10.12.2020
  • 9.12.2020
  • 7.12.2020
  • 7.12.2020
  • 7.12.2020
  • 7.12.2020
  • 1.12.2020
  • 20.11.2020
  • 14.11.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031