Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Avropa İttifaqınin 10 ölkəsi ilə bağlı SENSASİON İDDİA - Embarqodan yan keçərək Rusiyaya...

Almaniya və Fransa 273 milyon avro məbləğində Rusiyaya silah embarqosundan yan keçib.

Azmarka.az xəbər verir ki, 2014-cü ildə Rusiyaya qarşı hərbi embarqoya baxmayaraq, Almaniya və Fransa Rusiyanı aviasiya bombaları və raketlərlə təmin edib.

“Fransa və Almaniya Rusiyaya Ukraynada istifadə oluna biləcək 273 milyon avro dəyərində hərbi texnika tədarük edib. Avropa İttifaqının 2014-cü ildə Krımın işğal edilməsindən sonra Rusiyaya tətbiq etdiyi silah embarqosuna baxmayaraq, onlar Moskvaya bombalar, mərmilər, raketlər və toplar da daxil olmaqla avadanlıq göndəriblər”, - qəzet yazır.

Məqalədə 2014-cü ildən bəri Aİ-nin azı 10 üzv ölkəsinin Rusiyaya silah ixrac etdiyi qeyd olunub. Tədarüklərin məbləği təxminən 350 milyon avro təşkil edib.

“Bu ümumi məbləğin təxminən 78 %-i alman və fransız firmaları tərəfindən təmin edilib. Həm Paris, həm də Berlin Aİ-nin Rusiyadan qaz alışına qadağasına müqavimət göstərib və blok hazırda enerji təchizatı üçün Moskvaya gündə 1 milyard avro ödəyir”, - nəşr vurğulayıb.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930