Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Rusiyanı istefalar bürüdü - PUTİNİN ƏTRAFINDA NƏ BAŞ VERİR?

Rusiyanın Mari El Respublikasının başçısı Aleksandr Evstifiyev də istefa verib.

Azmarka.az-ın xəbərinə görə, o, işdən çıxmaqla bağlı ərizə yazıb.

Beləliklə, Rusiyada gün ərzində vəzifəsindən istefa verən region başçılarının sayı 4-ə yüksəlib.

“Mari El Respublikasının rəhbərinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar istefamı qəbul etmək xahişi ilə Rusiya Prezidentinə müraciət etdim. Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə mənə göstərilən etimada və respublikaya və onun sakinlərinə əvəzsiz qayğısına görə minnətdarlığımı bildirirəm”, - o teleqramda vurğulayıb.

17:25

Rusiyada bir gün ərzində üçüncü qubernator istefa verib.

Azmarka.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, ölkənin Saratov vilayətinin qubernatoru Valeri Radayev işdən çıxmaqla bağlı ərizə yazıb. O, 10 ildir bu vəzifədə çalışırmış.

Bundan başqa Ryazan vilayətinin qubernatoru Nikolay Lyubimov növbəti müddətə qubernator postuna namizədliyini irəli sürməyəcəyini bildirib.

Həmçinin Rusiyanın Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin istefa verib.

Jvaçkinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin onun istefasını dəstəkləyib: "Heç vaxt kresloya bağlanmamışam. Bu kimi vəziyyət istefa qərarımı müəyyənləşdirib”.


Azmarka.az

Digər xəbərlər