Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Türkiyədən Ukrayna müharibəsi ilə bağlı ŞOK XƏBƏRDARLIQ

“Ukraynadakı böhran bütün səylərimizə rəğmən, dərinləşməkdə davam edir. Qarşılıqlı səhv addımların, mənfəətlərin uzunmüddətli perspektivdə ciddi itkilərə səbəb olacağı barədə xəbərdarlıq edirik”.

Azmarka.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın yerli mətbuata müsahibəsində deyib.

O bildirib ki, müharibə yolu ilə yeni nizam yaratmaq cəhdləri strateji səhvdir: "Bu, hər kəsə baha başa gələr. Müharibənin davam etməsini istəyənlər yaxın gələcəkdə hansısa mənfəət əldə edə bilərlər. Amma bu, uzunmüddətli perspektiv üçün ciddi itkilər deməkdir. Müharibəni uzatmaq qlobal böhranı dərinləşdirər. Tarixdən və coğrafiyadan xəbərdar olmaq, bunu demək üçün kifayətdir. 1990-cı ildə başa çatan soyuq müharibə nəticəsində yaranmayan yeni nizamı Ukrayna müharibəsi ilə formalaşdırmaq mümkün deyil. Ukrayna savaşının təsirləri on illərlə davam edəcək. Toqquşmalar qarşıdakı həftələrdə, ya da aylarda başa çatsa da, müharibə fərqli səviyyələrdə davam edəcək”.


Azmarka.az

Digər xəbərlər

  • 13.05.2022
  • 11.05.2022
  • 7.05.2022
  • 8.04.2022
  • 31.03.2022
  • 29.03.2022
  • 27.03.2022
  • 24.03.2022
  • 22.03.2022
  • 18.03.2022
  • 5.03.2022
  • 5.03.2022
  • 20.02.2022
  • 21.07.2021
  • 21.10.2020