Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Azərbaycanda bir gündə 5 insan CANINA QIYDI - Ölkədə intiharlar NİYƏ ÇOXALIR?

Azərbaycanda özünə qəsd edənlərin sayı hər gün artır.

Azmarka.az xəbər verir ki, son həftədə 10 nəfər, təkcə mayın 18-də isə 5 nəfər intihar edib.

Dünən canına qıyanlar:

Sabunçu rayonu, Ramana qəsəbəsində 64 yaşlı Cilovxan Hacı oğlu Quliyev, 38 yaşlı Əmiraslanova Təranə Şahin qızı,

Yasamal rayonunda 49 yaşlı Naib Əlihüseyn oğlu Gülməmmədov

Şirvan şəhərində 17 yaşlı Elvin Azər oğlu Məmmədli

Ağsuda isə 39 yaşlı Rüfət Qismət oğlu Yusifli canına qəsd edib.

İntihar edənlərin çoxu özünü asıb.

Qeyd edək ki, intihar hallarının artması ilə bağlı mütəxəssislər həyəcan təbili vurur.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, son 50 ildə dünyada intihar yolu ilə ölüm halları 60 faiz artıb. Dünyada hər il təxminən 60 milyon insan intihara cəhd edir. Nəticədə, hər il 1 milyon insan həyatını itirir. Onlardan 63 faizi kişilər, 37 faizi isə qadınlardır.

Dünya ölkələri arasında ən çox intihar halları Amerika, Yaponiya, Şimali və Qərbi Avropa ölkələrində qeydə alınır. Lakin son vaxtlar digər ölkələrdə də intiharların sayı artmağa başlayıb.

İntihar, dünyada qeydə alınan ölüm halları arasında ilk 10-luqda yer alır. Eyni zamanda, gənclər arasında ölüm səbəbləri sırasında da 3-cü yerdə qərarlaşıb.

İntihar edənlər ən çox 15-29 yaş aralığında olan gənclərdir. İntihara cəhdin səbəbləri arasında ən çox psixoloji problemlər və depressiv vəziyyət üstünlük təşkil edir. Bundan əlavə, intihara səbəb olan problemlər arasında işsizlik, ailədaxili münaqişələr, fiziki problemlər, ünsiyyətsizlik, zərərli vərdişlərdən asılılıq, cinsi zorakılığa məruz qalma kimi səbəblər də var.

Dünyadakı intiharların 1 faizi ölkəmizin payına düşür. Son 30 ildə ölkəmizdə intiharların sayı xeyli artıb. Ən çox artım son 10 ildə olub. 2010-cu ildə intiharların sayı 300 nəfər civarında olduğu halda, 10 il sonra bu rəqəm 2 dəfə artaraq 600-ə çatıb.

"Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı"na əsasən isə 2019-2020-ci illərdə ölkədə 1 182 intihar və 1 830 intihara cəhd hadisəsi baş verib. Belə ki, özünü öldürən şəxslərin sayı 2019-cu ildə 585 olubsa, bu rəqəm sonrakı il 597 olub: "Özünü öldürməyə cəhd edən şəxslərin sayına gəlincə, bu 2019-cu ildə 863 nəfər olub. 2020-ci ildə isə 967 nəfər intihara cəhd edib".

Ekspertlərin əksəriyyəti hesab edir ki, intiharların artımında bir çox səbəblər mühüm rol oynayır. Bu sırada sosial ədalətsizlik, yoxsulluq, özünü reallaşdırma imkanlarının məhdudluğu, şəxsi həyata kənar müdaxilələr, hətta məişət xarakterli kiçik münaqişələr və s. göstərilir.



İlhamə ƏZİZ,

Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930