Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

BƏD XƏBƏR: “Meymun çiçəyi” virusu epidemiyaya çevriilə bilər

“Bu gün üçün “Meymun çiçəyi” virusuna yoluxma statistikasına baxdıqda, həmin virusun coğrafi baxımdan daha da geniş yayıla biləcəyi, epidemiya olacağı ehtimalı artır. Lakin bu, hələlik elmi ehtimaldır”.

Bu fikirləri Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

BƏD XƏBƏR: “Meymun çiçəyi” virusu epidemiyaya çevriilə bilər

Azərbaycanlı alim bildirib ki, “Meymun çiçəyi” (monkeypox) virusu ilə bağlı media vasitəsilə sırf elmi əsaslı fikirləri və statistikaları səsləndirmək mütləqdir:

“Bu günə qədər olan statistikanı nəzərinizə çatdırım ki, virusa yoluxma Afrikanı çıxmaq şərtilə 37 nəfərdə təsdiqlənib və 71 nəfər hələ şübhəlidir. Bu günə olan yayılma coğrafiyasına nəzər saldıqda İngiltərə, Portuqaliya, İspaniya, Amerika, Kanada, İsveç, İtaliya, Belçika və Avstraliyanı əhatə etdiyi görünür. Qeyd olunan yoluxmalar hələ ki, Avropada daha çox 20-40 yaşlılar arasında, Kanadada isə 30-55 yaşlılar arasında çoxluq təşkil edir”.

“Ümumiyyətlə, belə qəbul edilməlidir ki, COVID-19 pandemiyası zamanı buraxılan səhvlərə gələcəkdə yol verilməsin, səhiyyə sektoru inkişaf etmiş ölkələr müvafiq planlar hazırlamağa çalışsın. Bunu da təşkil etmək üçün vacib məqamlardan birincisi növbəti pandemiya zamanı hansı ssenari üzrə adekvat tədbirlər görülməlidir məsələsidir ki, bu istiqamətdə istər səhiyyəsi yüksək, istərsə də zəif inkişaf edən bütün ölkələrin tədbirlər planı işlənilən ssenariyə əsasən hazır olmalıdır. İctimai səhiyyə qanunlarını əsas tutaraq şəxsən mənim də COVID-19 pandemiyası dönəmində toxunduğum bu məsələ səhiyyəsi inkişaf etmiş bir çox ölkələrdə artıq yerinə yetirilib və növbəti pandemiya baş verərsə ssenarilər tam hazırdır. Buna baxmayaraq, hər kəs, ən çox da birbaşa xəstələrlə işləyən həkimlər COVID-19 pandemiyasından fərqli olaraq daha da ayıq olmalı və qeyri-adi dəri dəyişiklikləri olan xəstələrə xüsusi tibbi diqqət və xidmət göstərməlidirlər. Onlar bilməlidirlər ki, "Meymun çiçəyi" ilə yoluxma hallarının rast gəlinmə ehtimalı sıfır deyil və bu səbəbdən də xəstəlikdən xəbərdar olmalıdırlar” - o əlavə edib.

Qeyd edək ki, “Meymun çiçəyi” nadir, lakin potensial təhlükəli infeksiyadır. Adətən qripə bənzər xəstəlik və limfa düyünlərinin şişməsi ilə başlayır və sonra üzdə və bədəndə geniş yayılmış səpkilərə çevrilir.

Eyni zamanda hərarət, baş ağrısı, şişkinliklər, bel ağrısı və ümumi narahatlıqlar müşahidı edilir. Dəri qabarcıqlarına səbəb olan nadir tropik xəstəlik meymun, siçovul, dələ və digər kiçik məməlilərin yaydığı virusdan qaynaqlanır.

Bununla birlikdə, elm adamları virusun insandan insana keçməsinin çox nadir olduğunu və bunun koronavirus qədər asanlıqla yayılmadığını bildiriblər.

“Meymun çiçəyi” 2017-ci ildə Nigeriyada 40 illik fasilədən sonra yenidən ortaya çıxıb. O vaxtdan bu günə kimi Afrika ölkəsində 218, Nigeriyadan gələn beynəlxalq səyahətçilərdə isə 8, o cümlədən 2021-ci ilin iyulunda ABŞ-ın Texas ştatında bir yoluxma hadisəsi təsdiqlənib. Eyni zamanda Böyük Britaniyanın tibb orqanları insanın nadir yoluxucu xəstəlik olan “meymun çiçəyi”nə yoluxmasını qeydə alıblar. Bu xəstəlik ölümə də səbəb ola bilər.

Azmarka.az

Digər xəbərlər

  • 15.05.2022
  • 29.04.2022
  • 26.01.2022
  • 27.11.2021
  • 10.08.2021
  • 11.06.2021
  • 30.04.2021
  • 13.04.2021
  • 12.04.2021
  • 10.04.2021
  • 20.03.2021
  • 18.03.2021
  • 11.01.2021
  • 7.11.2020
  • 28.10.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031