Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Qlobal ərzaq böhranının həllində “İstanbul planı”: Taxıl dəhlizi...

Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan qlobal ərzaq böhranının həlli üçün Türkiyənin fəal diplomatiyası nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) çətiri altında yol xəritəsi hazırlanıb.

Azmarka.az xəbər verir ki, diplomatik mənbələrin bildirdiyinə görə, Türkiyə Ukraynadakı taxıl ehtiyatlarının təhlükəsiz şəkildə qlobal bazarlara çıxmasını təmin edəcək mexanizm qurmaq üçün bir müddətdir diplomatiya fəaliyyəti aparır.

Bütün tərəflərin yol xəritəsinin detallarını müzakirə etmək üçün yaxın günlərdə İstanbulda görüşəcəyi gözlənilir.

Dördtərəfli görüşdə gəmilərin marşrutu, sığortası, təhlükəsizliyi, xüsusilə bölgədəki dəniz minalarının təmizlənməsi, komandanlıq mərkəzində olacaq zabitlər kimi məsələlər qiymətləndiriləcək.

Ukrayna və Rusiyanın müsbət yanaşdığı mexanizmlə Qara dənizdəki limanların ətrafında minalar təmizlənəcək, taxıl ehtiyatı təhlükəsiz şəkildə xarici bazarlara çıxacaq.

İstanbulda yaradılması planlaşdırılan mərkəz vasitəsilə Ukrayna və Rusiyadan 20 milyon ton taxılın dünya bazarlarına çıxarılması gözlənilir.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın bu həftə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışıqlarının mühüm gündəm mövzularından biri də “taxıl dəhlizi” olub.

Ərdoğanla görüşündə Putin qeyd edib ki, ölkəsi Türkiyə ilə koordinasiyalı şəkildə maneəsiz yük daşımalarını, o cümlədən Ukrayna limanlarından taxıl daşınmasını asanlaşdırmağa hazırdır.

Prezident Ərdoğan Zelenski ilə görüşündə Ukrayna kənd təsərrüfatı məhsullarının dəniz yolu ilə ixracı üçün təhlükəsiz dəhliz yaradılması layihəsinə xüsusi önəm verdiyini bildirib.

Ərdoğan partiyalardan və BMT rəsmilərindən ibarət olacaq İdarəetmə Mərkəzində iştiraka və mərkəzin İstanbulda yerləşdirilməsinə prinsipial olaraq müsbət baxdıqlarını qeyd edib.

Diplomatik mənbələrə görə, Putin və Zelenski də “taxıl dəhlizi” üzrə əməkdaşlığa müsbət baxır. /publika.az


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031