Gündəm / Qarabağ
25.06.2022
248
Bakıdan Şuşaya hər gün avtobus gedəcək - Bu TARİXDƏN
Bakı – Şuşa – Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb.
Azmarka.az bildirir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, iyul ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftənin bütün günləri səfər edə biləcəklər. İyul ayına olan biletlər iyunun 27-i, saat 15:00-da satışa çıxarılacaq.
Azmarka.az