Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

ABŞ ordusunda ŞOK: əsgər öz bölüyünün üzvlərini öldürmək İSTƏDİ

ABŞ ordusunun sıravi əsgəri İtan Felan Meltzer 2020-ci ildə "Qərb sivilizasiyasının ölümünə səbəb olmaq üçün” öz əsgər yoldaşlarını qətlə yetirməyi planlayıb.

Azmarka.az xəbər verir ki, 24 yaşlı Meltzer Manhettendə federal məhkəmədə təqsirini boynuna alıb.

Bununla bağlı hökmün gələn ilin yanvarın 6-na verilməsi gölzənilir. Amerikalı əsgər ABŞ hərbi qulluqçularını öldürməyə cəhddə, terrorçuları dəstəkləməkdə və milli müdafiə ilə bağlı terrorşu qruplara məlumat ötürməkdə suçlanır. Bütün bu ittihamlardan dolayı onun 45 ilədək həbs cəzası alacağı bildirilir.

Federal məhkəmə sənədlərində Meltzerin 2018-ci ilin dekabrında hərbi xidmətə gəlməzdən öncə “Doqquz Künc Ordeni” və ya “09A” kimi tanınan radikal zorakılıq qrupunun üzvü olduğu göstərilir. Bu qrup Böyük Britaniyada yerləşən və hazırda bütün dünyada, o cümlədən ABŞ-da fəaliyyət göstərən anarxist təşkilatdır.

Qrupun neonasist, antisemitizm və satanist ideyalar yaydığı və bunun üçün öz üzvlərini orduya sızdırdığı bilinməkdədir.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031