Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək - QANUN

Prezident İlham Əliyev "Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Sənədə əsasən, bununla da Azərbaycanda onkoloji və skleroz xəstələri pensiya ala biləcək.

Belə ki, “Onkoloji yardım haqqında” qanuna (9-cu maddə) əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan onkoloji xəstələrin müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada sosial müavinət almaq hüququ var. Yeni sənədə əsasən, əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş onkoloji xəstələrin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.

İndiyədək qüvvədə olan “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanuna (9-cu maddə) görə da əlillik , o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət almaq hüququ var. Yeni sənədlə əlillik , o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.

Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031