Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

G7-dən Rusiyanın təhdidlərinə SƏRT CAVAB

G7 ölkələrinin ("Böyük Yeddilik") liderləri Rusiyanın Ukraynada nüvə, kimyəvi və ya bioloji silahlardan istifadə təhlükəsini pisləyib.

Azmarka.az "Böyük yeddilik" liderlərinin sammitin yekunlarına dair kommünikesinə istinadla xəbər verir .

Sammitdə beş nüvə ölkəsinin liderlərinin nüvə müharibəsinin qarşısının alınması və silahlanmanın yarışının qarşısının alınması ilə bağlı 3 yanvar 2022-ci il tarixli birgə bəyanatı alqışlanıb.

"Lakin biz Rusiyanın nüvə silahından istifadə təhlükəsi ilə bağlı təxribat xarakterli bəyanatlarını pisləyirik. Bu, Rusiyanın Birgə Bəyanata sadiqliyinə inamı sarsıdır. Rusiya tərəfindən Ukraynada kimyəvi, bioloji və ya nüvə silahlarından və ya əlaqəli materiallardan istənilən istifadənin ağır nəticələri olacaq", - kommünikedə deyilir.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin “İsgəndər” komplekslərini Belarusa təhvil verəcəyini vəd etmiş və bu raketlərin nüvə yükü daşımaq qabiliyyətinə eyham vurmuşdu.

Pentaqon bu bəyanatlara sərt cavab verib və onları “təkəbbürlü və məsuliyyətsiz” adlandırıb.


Azmarka.az

Digər xəbərlər

  • 27.06.2022
  • 8.05.2022
  • 7.05.2022
  • 30.04.2022
  • 29.04.2022
  • 24.04.2022
  • 15.04.2022
  • 26.03.2022
  • 22.03.2022
  • 7.03.2022
  • 10.03.2022
  • 28.02.2022
  • 3.01.2022
  • 7.08.2021
  • 21.04.2021

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031