Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Azərbaycanda ixtisar olunan işçilərə müavinət necə hesablanır? – ekspert açıqladı

Azmarka.az-ın "Əmək haqqı" rubrikası əmək hüquqları ilə bağlı vətəndaşları ən çox maraqlandıran sualları cavablandırmaq, işəgötürənlərlə işçilər arasında mübahisə yaradan məsələlərə aydınlıq gətirmək məqsədi daşıyır.

Bu gün belə məsələlərdən biri – ixtisar edilən işçiyə müavinətin hesablanması barədə danışacağıq. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edib.

Azərbaycanda ixtisar olunan işçilərə müavinət necə hesablanır? – ekspert açıqladı[/center]

Əmək Məcəlləsinin 77-ci maddəsinin üçüncü hissəsinə əsasən, əmək müqaviləsi 70-ci maddənin "b" bəndi ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:

Bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında

Açıqlama: İşəgötürənlə əmək stajı 8 ay olan işçinin orta aylıq əməkhaqqı (əvvəlki iki aya uyğun hesablanan) 400 manat olduqda işçiyə ödəniləcək müavinət də 400 manat olacaq.

Bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında

Açıqlama: İşəgötürənlə əmək stajı 4 il 3 ay olan işçinin orta aylıq əməkhaqqı (əvvəlki iki aya uyğun hesablanan) 600 manat olarsa, ona 840 manat (600 manat x 1,4 misli) müavinət ödənilməlidir.

Beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında

Açıqlama: İşəgötürənlə əmək stajı 7 il olan işçinin orta aylıq əməkhaqqı (əvvəlki iki aya uyğun hesablanan) 800 manat təşkil etdikdə işçiyə 1.360 manat (800 manat x 1,7 misli) müavinət ödənilməlidir.

On ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında

Açıqlama: İşəgötürənlə əmək stajı 12 il olan işçinin orta aylıq əməkhaqqı (əvvəlki iki ay əsasında hesablanan) 1.200 manat olubsa, işçiyə də 2.400 manat (1.200 manat x 2 misli) müavinət ödənilməlidir.



Azmarka.az

Digər xəbərlər

  • 23.12.2020
  • 22.12.2020
  • 21.12.2020
  • 27.11.2020
  • 13.11.2020
  • 27.10.2020
  • 19.10.2020
  • 19.10.2020
  • 11.10.2020
  • 7.10.2020
  • 30.09.2020
  • 1.10.2020
  • 26.09.2020
  • 18.09.2020
  • 12.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031