Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Çin “orta cizgini” keçdi - Tayvana HÜCUM HAZIRLIĞI

Çin ABŞ-ın Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərinə qarşı başladığı hərbi təlimlərin yeni mərhələsinə keçib.

Azmarka.az xəbər verir ki, Çin ordusu Tayvan adasına hücumun ssenarilərini məşq edir.

Tayvan Müdafiə Nazirliyinin məlumatına görə, sərhədçilər Çin ordusuna aid olan çoxsaylı döyüş təyyarəsi və gəmini Tayvan boğazında görüblər.

“Artıq “orta cizgini” keçiblər, adadakı hədəflərə hücum məşqi edə bilərlər”, - məlumatda bildirilir.

“Orta cizgi” Tayvan boğazında Çin və Tayvanın nəzarət bölgələrini ayırır.

Çinə aid pilotsuz təyyarələrin dünən gecə Tayvanın nəzarətindəki Kinmen və digər adaların ətrafında uçduğu haqda məlumatlar var. Tayvan hesab edir ki, Pekin xüsusilə Çinə yaxın olan kiçik adaları tuta bilər. /publika.az


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031