Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Ukraynada real ATOM TƏHLÜKƏSİ: Xirosima fəlakətindən 1000 dəfə güclü olacaq - QORXUNC İDDİALAR

Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin yeddinci ayında ölkənin cənubunda yerləşən Zaporojye Atom Elektrik Stansiyası ətrafında toqquşmalar şiddətlənib. Reaktorların vurulması böyük nüvə fəlakətinə səbəb ola bilər.

Azmarka.az "musavat.com"a istinadən xəbər verir ki, Avropada bir nömrəli, dünyada isə onuncu yerdə olan Zaporojye AES iki gündür ki, artilleriya atəşnə tutulur.

Altı blokdan ibarət atom elektrik stansiyasında transformator mərkəzlərindən birinin ötən gün vurulmasından sonra bir reaktor bölməsi sıradan çıxıb. Elektrik stansiyasının reaktorları qəsdən, ya təsadüfən vurularsa, Xirosimaya atılan atom bombasından 1000 dəfə güclü radiasiya effekti yaradan fəlakət baş verə bilər.


Qarşılıqlı ittihamlar


Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun Enerqodar şəhərində yerləşən Atom Elektrik Stansiyasını Dnepr çayının qarşı sahilindən artilleriya atəşinə tutduğunu iddia edib. Bildirilib ki, atılan 20 mərmidən 3-ü elektrik stansiyasının ərazisinə düşüb və AES üçün hidrogen istehsal edən müəssisə yararsız hala gəlib.

Rusiya Xarici İşlər Nazirliyi Avropada baş verə biləcək nüvə fəlakətinə görə Ukrayna administrasiyasının məsuliyyət daşıyacağını bəyan edib.

Ukrayna administrasiyası isə AES-də baş verənlərə görə Rusiya tərəfini günahlandırır. Mart ayında rus əsgərləri tərəfindən zəbt edilən elektrik stansiyasından müharibədə qalxan kimi istifadə edildiyini deyən Zaparojye fövqəladə vəziyyət qubernatoru Aleksandr Staruh rusların atom elektrik stansiyasını hədəfə aldığını bildirib.

“Dünən gecə onlar bizim mövqelərimizi vurmaq əvəzinə, elektrik stansiyasının 4-cü reaktoruna hidrogen aparan boru xəttinə zərbə endirdilər. 4-cü reaktora qoşulmuş yüksək gərginlikli xətlər vurulduqdan sonra ehtiyat tədbiri olaraq reaktor söndürülüb” - o bildirib.

Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Rusiya Zaporojye atom elektrik stansiyası ətrafında gərginliyi artıraraq bütün Avropa qitəsini və dünyanın yarısını təhlükə qarşısında qoyur.


Real fəlakət təhülkəsi


Hadisələrlə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinə (IAEA) də məlumat verilib. Agentliyin baş direktoru Rafael Mariano Qrossi bildirib ki, vəziyyət nüvə fəlakətinin real riskindən xəbər verir.

“Agentlik təcili olaraq elektrik stansiyasına baxış üçün müşahidə qrupu göndərməyə hazırlaşır” - Qrossi deyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş də hadisələrə münasibət bildirib. O dünyada nüvə fəlakətinə səbəb ola biləcək böhranların artdığını ifadə edib.

Quterreş 6 avqust 1945-ci ildə ABŞ-ın Yaponiyanın Xirosima şəhərinə atom bombası atdığını, on minlərlə insanın bir anda həyatını itirdiyi xatırladaraq qeyd edib ki, dünya bu vəziyyətdən dərs çıxarmalıdır.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31