Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Kadırova ŞOK: Çeçenistan başçısına cinayət işi açıldı - BU MADDƏLƏRLƏ İTTİHAM OLUNUR

Ukrayna Təhlükəsizlik Xidməti Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov və onun ən yaxın tərəfdarlarına qiyabi ittihamlar irəli sürüb.

Azmarka.az xəbər verir ki, ittiham Rusiya Milli Qvardiyasının Çeçenistandakı federal xidmətinin qoşunlarının rəis müavini Daniil Martınova və “Cənub” əlahiddə motoatıcı batalyonunun 249-cu taktiki qrupunun komandiri Hüseyn Mejidova irəli sürülüb.

Ramzan Kadırov Ukrayna Cinayət Məcəlləsinin 437-ci maddəsi (“təcavüzkar müharibəni planlaşdırmaq, hazırlamaq və aparmaq”), 110-cu (“Ukrayna Konstitusiyası ilə müəyyən edilmiş proseduru pozmaqla, insanların ölümünə və digər ağır nəticələrə səbəb olan Ukraynanın sərhədlərinin qəsdən dəyişdirilməsi”), habelə 436-2-ci (“Rusiya Federasiyasının Ukraynaya qarşı qanuni silahlı təcavüzünün əsaslandırılması, tanınması”) maddələri üzrə ittiham olunur.

Daniil Martınov və Hüseyn Mejidov isə Ukrayna Cinayət Məcəlləsinin 438-ci (“müharibə qanunlarının və adətlərinin pozulması, hərbi əsirlərə və ya mülki şəxslərə qarşı amansız rəftar”) maddəsi ilə təqsirləndirilirlər. /publika.az


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31