Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Beynəlxalq səyyahlar Cəbrayılda minatəmizləmə işləri ilə tanış olublar - FOTO

Azərbaycanda səfərdə olan beynəlxalq səyyahlar işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində minatəmizləmə işləri ilə tanış olublar.

Əvvəlcə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) rəsmiləri tərəfindən səyahətçiləri maraqlandıran suallar cavablandırılıb.

Qonaqlara ermənilər tərəfindən basdırılan minalar, xüsusilə də mülki şəxsləri və uşaqları hədəfə alan silah-sursatlar haqqında məlumat verilib.

Agentliyin baş mütəxəssisi Mədət Məmmədov bildirib ki, Azərbaycanın əldə etdiyi müasir avadanlıqlar həmin minaları aşkarlamağa və zərərsizləşdirməyə imkan verir.

Daha sonra səyyahların marağı nəzərə alınaraq ərazidə aşkarlanan minaların zərərsizləşdirilməsi əməliyyatı həyata keçirilib.

Qeyd edək ki, sentyabrın 8-də dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Beynəlxalq səyahətçilər 3 gün ərzində Şuşa-Ağdam, Xocavənd-Füzuli, Zəngilan-Cəbrayıl marşrutları üzrə hərəkət edəcəklər. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır.

Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Veleydir.

Beynəlxalq səyyahlar Cəbrayılda minatəmizləmə işləri ilə tanış olublar - FOTO









Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31