Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Saakaşvilinin oğlundan ŞOK SÖZLƏR - Atası ona hansı GÖZLƏNİMƏZ ETİRAF EDİB?

"Atam Gürcüstana gəlməyin səhv olduğunu anlayıb. Bunu ondan dəfələrlə eşitmişəm. O, fikirləşir ki, bura gəlməməli idi". Azmarka.az xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin oğlu Eduard Saakaşvili “Vivamed” klinikasında atasına baş çəkdikdən sonra mətbuata açıqlamasında deyib.

O bildirib ki, hazırda əsas məsələ atasının sağlamlıq məsələsidir: “Bu gün atamın sağlamlıq vəziyyəti həqiqətən prioritet məsələdir. Onun belə bir vəziyyətdə hər hansı siyasi fəaliyyətlə məşğul olmasını təsəvvür etmək çətindir. Buna baxmayaraq, uzunmüddətli perspektivdə onun Ukraynada ya başqa bir yerdə olub-olmayacağını bilmirik. Düzünü desəm, bunun mənim üçün o qədər də əhəmiyyəti yoxdur və bu məsələ onun özünü də çox narahat etmir. Hazırda onun səhhəti siyasi planlar qurmaq vəziyyətində deyil, daha çox sağ qalmağa ehtiyac duyur. Atam başa düşür ki, bura gəlmək səhv addım olub".

Sabiq prezidentin oğlu əlavə edib ki, sonuncu dəfə atasını iyul ayında görüb. Hazırkı vəziyyəti ilə 2 ay əvvəlki vəziyyəti arasında o qədər də fərq yoxdur, lakin çəkisində azalma müşahidə edilir. /publika.az


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31