Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

İki yaşlı uşağı oğurlayan qadından ŞOK SÖZLƏR: onu atasından 3 min manata alıb?

Azmarka.az: Bakının Sabunçu rayonunda 2 yaşlı uşağı oğurlamaqda ittiham olunan Gültəkin Muradovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda sərbəst ifadə verən Gültəkin Muradova ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. O, iki yaşlı Məhəmməd Şıxəliyevi atasından 3 min manata aldığını deyib: “O uşaqlara yazığım gəlirdi. Soyuq havada ayaqyalın gəzirdilər. Heç kim onlara baxmırdı. Məhəmmədi aparmaqda məqsədim onun qayğısına qalmaq idi. Mən uşağı gizli yolla da aparmamışam, həmin vaxt ailənin digər üzvləri də evdə olub. Mən uşağı oğurlamamışam, atası Elgün Nəsirov onu mənə 3 min manata satıb".

Qeyd edək ki, ittihamda göstərilib ki, təqsirləndirilən Gültəkin Muradova qeyri-rəsmi nikahda olduğu şəxslə birgə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayıb. O, övlad sahibi olmadığına görə kiminsə uşağını götürüb saxlamaq istəyib. Bu məqsədlə qəsəbədə yerləşən yaşayış massivlərini gəzib, oğurlamaq üçün uşaq axtardığı vaxt özünü aztəminatlı ailələrə yardım edən şəxs kimi göstərib.

Hadisə baş verən gün Gültəkin Muradova yenidən həmin evə gedib və uşağın anasının, eləcə də onun qeyri-rəsmi nikahda yaşadığı şəxsin evdə olmadığını görüb. Həmin vaxt azyaşlı Məhəmməd Şıxaliyev bacısı Firuzənin yanında olub.

Gültəkin Muradova barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Azyaşlı tapılandan sonra isə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti uşağın atası Elgün Nəsirovun da saxlanması barədə məlumat yaymışdı. Məlumatda onun bu işdə iştirakı ehtimal olunduğu qeyd olunaraq araşdırma aparıldığı bildirilmişdi. Həmçinin Gültəkin Muradova ilə qeyri-rəsmi nikahda yaşayan Şamil Əliyevin də saxlanılması açıqlanmışdı.

Hazırda yalnız təqsirləndirilən şəxs qismində Gültəkin Muradova məhkəmə qarşısına çıxarılıb.

Digər xəbərlər

  • 2.09.2022
  • 2.06.2022
  • 17.05.2022
  • 10.01.2022
  • 10.01.2022
  • 8.01.2022
  • 31.12.2021
  • 22.12.2021
  • 29.10.2021
  • 29.10.2021
  • 17.08.2021
  • 6.08.2021
  • 13.07.2021
  • 9.05.2021
  • 18.02.2021

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31