Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

DSX-nin Dövlət Sərhəd Qoşunlarının qərargah rəisi və əməkdaşları şəhidlərimizin hüzr mərasimində - FOTOLAR

2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı Azərbaycan Ordusundan və Dövlət Sərhəd Xidmətindən olmaqla ümumilikdə Silahlı Qüvvələrin 77 hərbi qulluqçusu şəhid olub.

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Qazaxın igid oğulları da qəhrəmancasına döyüşərək adlarını hərb tariximizə qızıl hərflərlə yazdırdılar. Qazax rayonunun Kəmərli kəndindən baş leytenant Kazımov Yunis Qasım oğlu, baş gizir Məmmədov Azər Mustafa oğlu, Daş Salahlı kəndindən gizir Kərimov Azad Zakir oğlu da Şəhidlik zirvəsinə ucaldılar.

Qəhrəman şəhidlərimizin üç mərasimlərində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının qərargah rəisi, general-mayor Aqşin Məhərrəmov, “Şöhrət” ordenli, “Tərəqqi” medallı, "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" təltifli idman ustası, Sərhədçi İdman Mərkəzinin İdman Bölməsinin rəisi, polkovnik Firdovsi Umudov, Dövlət Sərhəd Xidmətinin əməkdaşları, eləcə də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Vətən müharibəsi iştirakçısı, şəhid ailələri, müharibə əlilləri, rayon sakinləri iştirak ediblər.

İgid Vətən oğlunun ruhuna dua oxunub, şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə səbir dilənilib.

Şanlı Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğu, Vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmadığı, qisaslarının alındığı bildirilib.

DSX-nin Dövlət Sərhəd Qoşunlarının qərargah rəisi və əməkdaşları şəhidlərimizin hüzr mərasimində - FOTOLAR













Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31