”Azərpambıq ASK MMC” yeniyetmə və gənc idmançılara dəstək verir - FOTOLAR

Azmarka.az: Azərbaycan Prezidenti cənab İlham Əliyev Respublikamızda yeniyetmə və gənclərin bədən tərbiyəsi və sağlamlığında,gələcək nəslin idman sahəsində inkişaf etdirilməsinə ardıcıl olaraq xüsusi diqqət və qayğı göstərir. Bu məsələ həmişə dövlətimizin prioritetlərindən olmuş və olmaqdadır.

Bügunlərdə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (ASK) törəmə müəssisəsi olan "Azərpambıq ASK" MMC-nin təşəbbüsü və dəstəyi ilə Samux rayonunda yenidən təmir olunub istifadəyə verilən "Bəhrə" ağır atletika klubunun açılışı da dediklərimizin bariz nümunələrindəndir.

Klubun açılışında Kənd Təsərrüfatı Naziri, Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov, Gənclər və İdman Naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin Baş Katibi Azər Əliyev, Samux rayon icra hakimiyyəti başçısı Alı Qocayev, Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev, "Azərpambıq ASK" MMC-nin direktoru Fəxri Mehdiyev, Əməkdar məşqçi, idman ustası Firdovsi Umudov və digər qonaqlar iştirak etmişlər.

Onlar uşaq, yeniyetmə və gənc idmançıların müxtəlif seksiyalar üzrə iştirakını maraqla izləmiş,onları təbrik etmiş, eyni zamanda idman həvəskarlarına müəyyən müvafiq tövsiyyələr vermişlər.

Ümumi sahəsi 400 kvadratmetr olan klubun 280 kvadratmetrlik hissəsi məşq, trinajor və ağır atletika zallarından ibarətdir.

Müasir idman avadanlıqları ilə təmin olunmuş klubun həyətində bir sıra yenidənqurma işləri də aparılmışdır.

Bütün bunlar isə idmançılarda xoş əhval-ruhiyyə yaratmaqla yanaşı, onları gələcək idman yarışlarına və qələbələrə ruhlandırır.

”Azərpambıq ASK MMC” yeniyetmə və gənc idmançılara dəstək verir - FOTOLAR