Rusiyanı tərk edən Puqaçova evini BU QİYMƏTƏ SATIR - Dünyanı şoka salan MƏBLƏĞ

Azmarka.az: Rusiyanın Xalq artisti Alla Puqaçova Moskva yaxınlığındakı, Qryaz kəndindəki malikanəsini 1 milyard rubla (təxminən 28 milyon 549 min 071 manat) satışa çıxarıb.

Bu barədə "Mash" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, müğənni məhz daşınmaz əmlakla bağlı məsələni həll etmək üçün Rusiyaya qayıdıb. Lakin malikanəyə hələ də alıcı çıxmayıb. Hazırda qəsrə sənətçinin nəvəsi Nikita Presnyakov nəzarət edir.

Teleqram kanalı həmçinin, ifaçının övladlarının sənədlərini təhsil aldıqları məktəbdən götürdüyünü iddia edib. Uşaqların sinif yoldaşları Harri və Lizanın valideynlərinin dediyinə görə, Puqaçova Lipkidəki Moskva gimnaziyasının rəhbərliyindən övladlarını İsrailə aparmaq üçün şəxsi iş, hesabat vərəqələri, tibbi kartlar, əkizlərin diplomları və mükafatları haqqında məlumat hazırlamağı xahiş edib.

Qeyd edək ki, Puqaçova şoumen həyat yoldaşı Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçmüşdü. Daha sonra yalnız övladları ilə Moskvaya qayıdan ifaçı həyat yoldaşının "xarici agent" elan edilməsinin ardından qərara etiraz edib. Bir neçə gün əvvəl isə onun yenidən Rusiyanı tərk edərək İsrailə getdiyi bildirilib.

Puqaçova Ukrayna müharibəsinə qarşı olduğu üçün ittham edilən həyat yoldaşı Maksim Qalkini dəstəkləyərək, rəsmi orqanlara “məni də xarici agent elan edin” demişdi.


Rusiyanı tərk edən Puqaçova evini BU QİYMƏTƏ SATIR - Dünyanı şoka salan MƏBLƏĞ