ABŞ kəşfiyyatı Duqinin qızını kimin öldürdüyünü AÇIQLADI

Azmarka.az: Prezident Vladimir Putinə yaxınlığı ilə tanınan rusiyalı filosof Aleksandr Duqinin qızı Darya Duqinanın qətlə yetirilməsini Ukrayna hökuməti həyata keçirib.

Bu barədə məlumatı ABŞ kəşfiyyatı açıqlayıb.

Amerikalı rəsmilər ABŞ-ın sui-qəsddə iştirakının və planla bağlı heç bir məlumatının olmadığını bildirib.

“New York Times” nəşrinin yazdığına görə, ABŞ rəsmiləri sui-qəsddən sonra Ukrayna rəsmilərinə “Bu, çox pis oldu, yanlış addımdır” deyə irad bildirib.

“Tanınmış şəxslərə qarşı sui-qəsdin müharibə meydanındakı vəziyyətə heç bir təsiri yoxdur. Bu, Rusiyanın Ukrayna rəsmilərinə qarşı sui-qəsdlə cavab verməsinə səbəb ola bilər. ABŞ rəsmiləri Ukraynanın Rusiya ərazilərindəki gizli əməliyyatları haqqında şəffaf olmadıqlarına görə hirslidirlər”, - nəşr yazır.

Qeyd edək ki, Rusiya sui-qəsdin Ukrayna tərəfindən həyata keçirildiyini bildirsə də, rəsmi Kiyev bunu təkzib etmişdi. Lakin ABŞ kəşfiyyatı Rusiyanın dediklərini təsdiq edib. /publika.az