KİV: 100 nəfərlik Aİ missiyası Naxçıvan da daxil olmaqla Azərbaycan-Ermənistan sərhədini tam əhatə edəcək

Gündəm / Sosial
24-01-2023, 19:35
464
Azmarka.az: Ermənistanda yerləşdiriləcək Aİ-nin mülki missiyasını təxminən 100 nəfərdən ibarət olacaq.
Bu barədə Aİ-nin mülki missiyasına Ermənistan İctimai Televiziyasının göndərdiyi yazılı sorğuya cavabında bildirilib.
Missiyanın yaxın həftələrdə fəaliyyətə başlayacağı vurğulanıb.
Aİ-nin mülki missiyasının Ermənistanın bir neçə şəhərində yerləşdiriləcəyi, Naxçıvan da daxil olmaqla Azərbaycan-Ermənistan dövlət sərhədini tam əhatə edəcəyi əlavə edilib.
Qeyd edək ki, Ermənistanın istəyi əsasında Avropa İttifaqı Ermənistana, o cümlədən Ermənistan-Azərbaycan sərhədinə iki illik mülki missiya göndərilməsinə dair qərar qəbul edib. /APA