Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Prezident İlham Əliyev Xalq artistini təbrik və təltif etdi

Prezident İlham Əliyev Xalq artisti Eldar Quliyevi 80 illik yubleyi münasibətilə təbrik edib.

Azmarka.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli Eldar müəllim!

Sizi – Azərbaycanın görkəmli kino xadimini 80 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə uzun ömür və möhkəm cansağlığı diləyirəm.

Sizin zəngin yaradıcılığınız milli kino sənətinin parlaq səhifələrindəndir. Dünya kinematoqrafiyasının mühüm nailiyyətlərindən məharətlə bəhrələnərək yaratdığınız çoxsaylı filmlər Azərbaycan kino salnaməsində xüsusi yer tutur.

Siz Azərbaycan mədəniyyəti və tarixinin yetirdiyi görkəmli şəxsiyyətlərə unudulmaz ekran həyatı bəxş etmisiniz. Ölkəmizin hüdudlarından kənarda da Azərbaycan mədəniyyətini müvəffəqiyyətlə təmsil etməyiniz təqdirəlayiqdir. Milli kinematoqrafiyanın inkişafı sahəsində uzunmüddətli səmərəli xidmətlərinizə görə Siz yüksək dövlət mükafatları ilə təltif edilmisiniz. Novator ruhlu böyük yaradıcı şəxsiyyət kimi Sizin daim axtarışlarla dolu sənət yolunuz gənc kinematoqrafçılar nəsli üçün bundan sonra da bir məktəb olacaqdır".

Bundan başqa, Prezident İlham Əliyev Eldar Quliyevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Eldar Tofiq oğlu Quliyev “İstiqlal” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, Eldar Quliyev Azərbaycan kinorejissoru, ssenaristi, Xalq artistidir.


Azmarka.az


Digər xəbərlər

  • 13.01.2021
  • 3.01.2021
  • 2.01.2021
  • 31.12.2020
  • 31.12.2020
  • 30.12.2020
  • 24.12.2020
  • 21.12.2020
  • 1.12.2020
  • 25.11.2020
  • 24.11.2020
  • 20.11.2020
  • 11.11.2020
  • 10.11.2020
  • 10.11.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031