Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Putindən Xocavənddəki mənfur heykəl təxribatına GÖZLƏNİLƏN REAKSİYA

İki gün öncə məlumat yayıldı ki, Rusiya prezidenti Vladimir Putin SSRİ və nasist Almaniyasının İkinci Dünya müharibəsindəki rollarını eyniləşdirməyi qadağan edən qanun layihəsini hazırlamağı tapşırıb. Bu barədə Kremlin saytında dərc olunmuş dövlət başçısının Mədəniyyət və İncəsənət Şurasının iclasının yekunlarına verdiyi tapşırıqlarda qeyd olunub.

Belə ki, "1941-1945-ci illər Böyük Vətən müharibəsində Sovet xalqının Qələbəsinin əbədiləşdirilməsi haqqında" federal qanuna müvafiq düzəlişlərin hazırlanması parlamentin yaz sessiyasında baxılması tövsiyə edilib.

Almaniya və SSRİ-nin İkinci Dünya müharibəsindəki məqsədlərinin müqayisə edilməsinin yasaqlanması təklifi ötən ilin oktyabrında Dövlət Dumasının Mədəniyyət komitəsinin rəhbəri Yelena Yampolskaya irəli sürülüb Y.Yampolskaya Rusiyada SSRİ və Almaniyanın fəaliyyətinin eyniləşdirən kitabların nəşr edilməsindən, xüsusilə həmin əsərlərin gənclər arasında populyar olmasından narahatlığını bildirib. Putin deputatın təklifi ilə razılaşdığını, bunun “səliqəli şəkildə” edilməsini vurğulayıb.

Rusiya prezidentinin məlum tapşırığı verdiyi günlərdə ermənilərin Xocavənddə çirkin təxribata imza atdığı üzə çıxdı. Məlum oldu ki, onlar hərbi qəhrəman hesab etdikləri faşist cəlladı Qaregin Njdeyə Xocavənd şəhərində heykəl ucaldıblar. Sosial medianın erməni sektorunda yayılan xəbərlərdə deyilir ki, mənfur heykəl müharibədən əvvəl hazırlansa da mərkəzi küçələrin birində qoyulub.

Putinin SSRİ və nasist Almaniyasının İkinci Dünya müharibəsindəki rollarını eyniləşdirməyi qadağan edən qanun layihəsini hazırlamağı tapşırdığı bir vaxta ermənilərin faşist cəlladına işğaldan azad edilmiş torpaqlarda heykəl qoyması hansı məntiqə sığır? Üstəlik, hansı məntiqlə rus sülhməramlıları bu çirkin addıma icazə verib və ya ona göz yumub, mane olmayıblar? Axı söhbəa yalnız başqa bir ölkənin sülhməramlıların nəzarətindəki ərazisində yol verilən özbaşınalıqdasn getmir. Söhbət həm də bir faşistə heykəl qoyulmasından gedir.

Belədə Putindən, eləcə də, rus sülhməramlılarından gözlənilən reaksiya aydındır: həmin mənfur abidənin dərhal götürülməli, sözügedən iyrənc əmələ qol qoyanlar cəzalarını almalıdırlar.

Əks halda aşağıdakı suala cavab verilməlidir: bu təxribatçı, eyni zamanda nasistvari, iyrənc əməlin SSRİ və faşist Almaniyasının İkinci Dünya müharibəsindəki rollarının eyniləşdirilməsindən fərqi nədir?!

Azmarka.az

Digər xəbərlər

  • 27.01.2021
  • 27.01.2021
  • 26.01.2021
  • 18.01.2021
  • 15.01.2021
  • 13.01.2021
  • 10.01.2021
  • 22.12.2020
  • 12.12.2020
  • 9.12.2020
  • 8.12.2020
  • 29.11.2020
  • 15.11.2020
  • 4.11.2020
  • 16.10.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930