Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Rusiya ilə Azərbaycan arasında hava əlaqəsi bərpa olunur

Rusiya bazar ertəsindən etibarən rəsmi olaraq Azərbaycanla müntəzəm aviareysləri bərpa edir.

TASS-ın verdiyi məlumata görə, müvafiq qərar 3 fevral tarixində Rusiya hökuməti tərəfindən elan edilib.

Ölkələrin aviaşirkətləri Moskva-Bakı marşrutu ilə həftədə iki uçuş həyata keçirə biləcəklər. Rusiyanın "Aeroflot" aviaşirkəti ötən həftə bildirib ki, fevralın 17-dən etibarən Bakıdan həftədə iki uçuş həyata keçirməyi planlaşdırır.

Azərbaycanın milli hava yolları şirkəti "Azal" 17 fevraldan etibarən Moskvaya xüsusi uçuşlar həyata keçirməyi planlaşdırdığını açıqlayıb. Bununla birgə, turistlər üçün Azərbaycana giriş hazırda bağlı olaraq qalır. Ölkəyə yalnız diplomatlar, qohumları Azərbaycan vətəndaşlığı olan əcnəbilər, iş icazəsi və ya oturma izni olan əcnəbilər və tələbələr daxil ola bilərlər. Bütün kateqoriyaları vətəndaşlar iki həftəlik karantin rejimində qalmalı və uçuşdan 48 saat əvvəl keçirilən koronavirus testinin nəticələrini təqdim etməli olacaqlar.


Azmarka.az

Digər xəbərlər

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930