Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

"Daşkəsən Filizsaflaşdırma" ASC ləğv olundu - Azmarka-nın özəl xəbəri

"Daşkəsən Filizsaflaşdırma" Açıq Səhmdar Cəmiyyəti (ASC) ləğv olunduğunu elan edib. Bu barədə Azmarka.az xəbər verir.

Ləğvetmə ilə əlaqədar kreditorlar iki ay ərzində tələblərini Daşkəsən şəhəri, İ.Qayıbov küçəsi 1 ünvanına bildirə bilərlər.

"Daşkəsən Filizsaflaşdırma" ASC ləğv olundu - Azmarka-nın özəl xəbəri


Azmarka-nın arayışı: Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma kombinatının tikintisinə Sankt Peterburqun Lengiproruda İnstitutunun layihəsi əsasında 1948-ci ildən başlanıb. 1954-cü ildən isə müəsissə fəaliyyətə start verib.

Kombinatın Saflaşdırma Fabriki 1954-1970-ci illərdə elektro-maqnit üsulu ilə quru halda dəmir filizi konsentratı istehsal edib. 1970-1974-cü illərdə həm quru, həm də yaş üsulla, 1974-cü ildən isə elektromaqnit üsulu ilə dəmir filizi konsentratı istehsal olunub. Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatı 1991-ci ilin sonuna qədər keçmiş SSRİ Metallurgiya Nazirliyinin tərkibində fəaliyyət göstərib, bu Nazirlik ləğv edildikdən sonra Azərbaycan Respublikası Əlvan metallurgiya istehsalı və emalı üzrə Dövlət Konserninin tərkibinə daxil edilib. Bu Dövlət Şirkəti ləğv olunduqdan sonra isə Azərbaycan Respublikası Əmlak Nazirliyinin 30 aprel 2001-ci il tarixli, 219 saylı sərəncamı ilə Azərbaycan Dağ-Mədən Filizsaflaşdırma Kombinatının bazasında "Daşkəsən Filizsaflaşdırma " ASC yaradılıb.

Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli 2198 nömrəli Sərəncamı ilə "Daşkəsən Filizsaflaşdırma" ASC özəlləşdirilmək məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin balansına verilib.

Gəncə şəhərindən 40 km cənubda yerləşən müəssisənin təsdiq olunmuş ehtiyatları bir neçə il əvvələdək 270 milyon ton olaraq qiymətləndirilirdi.



İlhamə Əziz,
Azmarka.az

Digər xəbərlər

  • 27.10.2020
  • 16.10.2020
  • 15.10.2020
  • 12.10.2020
  • 9.10.2020
  • 7.10.2020
  • 28.09.2020
  • 26.09.2020
  • 24.09.2020
  • 24.09.2020
  • 22.09.2020
  • 18.09.2020
  • 17.09.2020
  • 11.09.2020
  • 10.09.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031