Valyuta
Birja
KORONAVİRUSA YOLUXANLARIN SAYI - CANLI STATİSTİKA

Moskva anlaşması haqqında kim nə dedi? - Azmarka-nın xəbəri

Gecədən elan edildiyi kimi, Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən və saatlarla davam edən gərgin müzakirələr nəticəsində Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib.

Azmarka.az xatırladır ki, bəyanatda Rusiya prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında əldə olunmuş razılaşmanın bəndləri bundan ibarətdir:

1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;

4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.

Bəs Moskva razılaşması Azərbaycanda necə qarşılanıb? Azmarka.az bir çox rəyləri təqdim edir.

Tanınmış telejurnalist, professor Qulu Məhərrəmli: "ATƏŞKƏS Azərbaycan xalqının İRADƏSİNƏ və mövcud REALLIĞA tam ziddir. Amma görünür ki, münaqişəni bizə sırımış riyakar Moskvanın da bu məsələdə öz planları var!

Bununla yanaşı deyim ki, biz məyus olmamalı və ruhdan düşməməliyik... çünki “Kreml bəyanatı” CİDDİ hüquqi sənəd deyildir, yalnız niyyətlərin ifadəsidir və tərəflərin üzərinə heç bir öhdəlik qoymur. O səbəbdən də bu əldəqayırma atəşkəsin ən yaxın günlərdə Ermənistanın günahı ucbatından POZULACAĞINA əminəm...
Digər tərəfdən, biz artıq bölgədə geopolitikanın, hərbi-siyasi şəraitin və status-kvonun dəyişdiyini də görməliyik.

Bu dəyişiklik imkan verir ki:

1) Danışıq şərtlərini Azərbaycan diqtə etsin;

2) Bakı beynəlxalq hüququn verdiyi üstünlüyü real (əməli) üstünlüyə çevirsin;

3) BMT-nin 4 qətnaməsi reallaşdırılsın;

4) separatçı rejimin fəaliyyəti, xüsusən hərbi davranışları nəzarətdə saxlanılsın;

5) Ermənistanın və başqa kənar qüvvələrin Qarabağla hərbi əlaqələri məhdudlaşsın;

6) Azərbaycan Ordusu istədiyi vaxt ƏKS-HÜCUM əməliyyatlarını bərpa etsin.

Əlbəttə, indi əsas məsələ budur ki, ORDUNUN əli tətikdə olsun, şəhidlərimizin qanı batmasın və ən əsası, Ali Baş komandan ölkəmizə soxulmuş təcavüzkarları “İTİ QOVAN KİMİ QOVMAQ” fikrini dəyişməsin!!!"

Politoloq Elxan Şahinoğlu: "Bir və ya iki gündən çox çəkə bilən atəşkəs və həmsədlərin vasitəçilyi ilə “substantiv” danışıqlar Azərbaycanın və Türkiyənin təhlükəsizlik maraqlarına ziddir. Bundan başqa Moskva razılaşmasının uzun çəkməsi Prezident İlham Əliyevin son günlər verdiyi qətiyyətli açıqlamalara zidd olardı. Düşmən atəşkəsdən istifadə edib döyüş mövqelərini və istehkamlarını gücləndirə və Dağlıq Qarabağa yeni hərbi texnika daşıya bilər. Biz döyüş meydanında ona görə şəhid verib torpaqları azad etmirik ki, yenidən Moskvanın, İrəvanın və həmsədrlərin oyununa gedək. Azərbaycan ordusu irəriləməlidir, başqa alternativimiz yoxdur, üstəgəl Azərbaycanı prezidentinin səsləndirdiyi şərt də yerinə yetirilməlidir: “Gələcəkə danışıqlarda Türkiyə də iştirak etməlidir”. Bundan sonra Moskvanın birtərəfli vasitəçilyini qəbul etməməliyik".

Politoloq Hikmət Hacızadə: "Hazırkı atəşkəs anlaşması humanitar aksiyadır. Mənə elə gəlir ki, bu atəşkəs 1-2 gün çəkəcək. Ermənistan Qarabağdan qoşunlarını çıxarmasa, hərbi əməliyyatlar davam edəcək. İnsanlarda atəşkəsin uzumüddətli olacağı barədə şübhələr və narahatlıqlar başadüşüləndir. Çünki əvvəllər başımıza belə işlər gəlib. Aprel döyüşlərində də olub. Ümid edirəm ki, ordumuz missiyasını davam edəcək. Rusiyanın hanssıa ciddi təzyiqlər göstərdiyi hələ ki görünmür. Zənnimcə, bizə mane olmayacaqlar”.




Hazırladı:

İlhamə Əziz,

Azmarka.az

Digər xəbərlər

  • 21.12.2020
  • 3.12.2020
  • 24.11.2020
  • 22.11.2020
  • 20.11.2020
  • 18.11.2020
  • 10.11.2020
  • 10.11.2020
  • 10.11.2020
  • 1.11.2020
  • 27.10.2020
  • 17.10.2020
  • 11.10.2020
  • 10.10.2020
  • 5.10.2020

Ən Çox oxunanlar

  • Bu gün
  • Bu həftə
  • Bu ay

«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031