İqtisadiyyat
15.10.2020
157
Azərbaycanda eyni şəxsə məxsus 2 kənd təsərrüfatı müəssisəsi ləğv olunur
Azərbaycanda eyni hüquqi ünvanda dövlət qeydiyyatına alımış “Silkkot Aqro” və “Kotaz Aqro” MMC-lər ləğv olunduğunu elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 243 ünvanına bildirə bilərlər.
Azmarka.az